"Azərlotereya" 2025-ci ildə 267 böyük uduş - TƏQDİM EDİB
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" 2025-ci ildə də çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il "Azərlotereya"nın tirajlı lotereya, "Poz-Qazan" və "ePoz-Qazan" oyunları üzrə 267 böyük uduş qazanılıb. Onlardan 172-i "Poz-Qazan", 29-u tirajlı, 66 ədədi isə "ePoz-Qazan" oyunlarının payına düşüb.
2025-ci ilin ən böyük uduşu - 500 000 manat "Prestij"də qazanılıb. Bu, "Poz-Qazan" oyunlarının tarixində ən böyük uduş hesab edilir.
Digər "Poz-Qazan" oyunlarında uduşlar bol olub. 1 biletdə 200 000, 6 biletdə 100 000, 1 biletdə 75 000, 16 biletdə 50 000, 2 biletdə 30 000, daha 18 biletdə 25 000, 94 biletdə 10 000, 27 biletdə 5 000, 5 biletdə 5 555, 1 biletdə isə 3 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub.
Ötən il tirajlı lotereyalar arasında da böyük uduşlar qeydə alınıb. 3 nəfər "Super Keno"dan 100 000, 10 nəfər isə "Beşdə 5" lotereyasından 50 000 manat qazanıb.
"ePoz-Qazan" oyunları da müxtəlif uduşlarla sahiblərini sevindirib. Ən böyük uduşlar isə "Qol Qazan" və "20X"də olub. Ötən il bu oyunlarda 2 nəfər 50 000 manat udub. Həmçinin "20X"da 3 nəfər 20 qəpiyə 20 000 manat, 1 nəfər isə "100X" oyunundan 36 346 manat qazanıb.
"Azərlotereya"nın təqdim etdiyi bir-birindən maraqlı şans oyunlarında bu il də 5 000-dən 1 milyon manatadək böyük uduşlar, eləcə də "4+4" tirajlı lotereyasında 1 300 000 manatdan çox cekpot sahiblərini gözləyir.
Biletləri "Azərlotereya" satış nöqtələri, "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, "Araz" və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Ən bahalı otellər hansılardır?
Kriptovalyuta nədir?
Biznesə aid ən yaxşı 10 kitab