"Azərsığorta"nın Direktor Şurasının ilk iclası olub

Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli sərəncamına əsasən formalaşdırılan "Azərsığorta" ASC-nin Direktorlar Şurasının il iclası keçirilib.
Bu barədə Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Məlumata görə, iclas Şuranın sədri, maliyyə nazirinin müavini Azər Bayramovun sədrliyi ilə baş tutub. İclasda "Azərsığorta"nın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Holdinqin nümayəndələri iştirak ediblər.
A.Bayramov bildirib ki, "Azərsığorta" brendi ilə fəaliyyətini davam etdirən şirkət respublika üzrə geniş filial şəbəkəsinə malik dövlət müəssisəsidir. Onun fəaliyyətinin qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində formalaşdırılması, səmərəliliyin artırılması hazırda qarşıda duran ən vacib vəzifələrdən biridir.
Nazir müavini səhmdar cəmiyyətinin fəaliyyətinin təkmilləşdirməsi istiqamətində Holdinqin gördüyü işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
İclasda dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, habelə "Azərsığorta"nın korporativ idarəetmə sisteminin prinsipləri, Cəmiyyətin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan digər cari məsələlər müzakirə edilib, sadalanan məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Dövlət Sığorta Kommersiya Şirkəti ölkə prezidentinin fərmanına əsasən ASC-yə çevrilmə yolu ilə yenidən formalaşdırılıb.

Maliyyə     Tarix: 29 iyul 2022

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur


iqtisadi xeberler kripto pul qazanmaq emlak xeberleri bitcoin