"AzInTelecom"un xalis mənfəəti 3 dəfə artıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC 2021-ci ili 213,649 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3 dəfə çoxdur.
2021-ci ildə "AzInTelecom"un göstərdiyi xidmətlərdən gəlirləri 509,062 milyon manat (2020-cu ilə nisbətən 6,8 % çox), xidmətlərinin maya dəyəri 266,015 milyon manat (1,9 % çox), ümumi və inzibati xərcləri 109,112 milyon manat (3,4 % çox), debitor borclar üzrə qənaəti 0,573 milyon manat (əvvəlki il ayırma olub), maliyyə gəlirləri 2,942 milyon manat (2,3% çox), maliyyə xərcləri 23,943 milyon manat (23,5 % az), xarici valyutaların mübadiləsindən gəlirləri 114,913 milyon manat (3,2 dəfə çox), digər gəlirləri 0,219 milyon manat (6,8 dəfə az), digər xərcləri 1,046 milyon manat (40,9 % az), debitor borcunun ilkin tanınması zamanı zərəri 2,87 milyon manat (əvvəlki il olmayıb), vergidən azadolma üzrə gəlirləri 1,054 milyon manat (13,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 12,127 milyon manat (4,8 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "AzInTelecom"un aktivləri 1 326,897 milyon manat olub ki, bu da illik müqayisədə 4,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16,1 % azalaraq 392,244 milyon manata düşüb, balans kapitalı isə 16,8 % artaraq 934,653 milyon manata çatıb.
Xatırladaq ki, "AzInTelecom" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.
"AzInTelecom" "Azercell Telecom" MMC-nin əsas təsisçisidir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
CV hazırlayarkən buraxılan 5 səhv
"iPhone 15" modelinin üstünlükləri
Elon Musk kimdir?
IBAN nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət