"Aztelekom" və "Baktelecom" Dövlət Xidmətini məhkəməyə verəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin onları cərimələməsi ilə bağlı məhkəməyə müraciət edəcək.
Bu barədə "Aztelekom"dan bildirilib.
"Dövlət Xidməti Cəmiyyətlər barədə antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair 24.06.2023-cü il tarixli qərar qəbul edilib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə "qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması" hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlər tərəfindən göstərilən data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16.500 manat maliyyə sanksiyası tətbiq edilib.
Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, Dövlət Xidmətinin mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil.
Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib. Cəmiyyətlər tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib. Qeyd olunanlar nəzərə alınmaqla, Dövlət Xidmətinin qəbul etdiyi qərarın Cəmiyyətlər tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub. Bu məqsədlə qanunvericiliyə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq", – deyə açıqlamada qeyd olunub. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
1000 manatla hansı biznesi qurmaq olar?
İnstaqramda biznes qurmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Digital Card nədir?
Necə Bitcoin almaq olar?