B2B marketinq forumundan praktik ideyalar əldə edəcəyik

B2B marketinq forumundan praktik ideyalar əldə edəcəyikYükdaşıma sektoru Azərbaycanda iqtisadiyyatın vacib sahələrindən biridir, amma marketinq baxımından ən mürəkkəb istiqamətlərdən sayılır. Məhz bu mövzuları biz "166 Yükdaşıma və Logistika" şirkətinin Satış departament rəhbəri Xanım Sadıqova ilə müzakirə etdik.

Yükdaşıma sektorunda marketinqin çətinlikləri

Yükdaşıma xidmətini müştəriyə təqdim etmək digər xidmətlərdən daha çətindir. Çünki:

-Qiymət rəqabəti çox yüksəkdir – bazarda şəxsi maşını ilə fəaliyyət göstərən daşıyıcılar qiymət baxımından fərqlənməyi çətinləşdirir.
-Etibar yaratmaq çətindir – məhsul görünmür, toxunulmur, sınanmadan hiss edilmir. Xidmətin dəyəri yalnız istifadə edildikdən sonra qiymətləndirilir.
-Təhlükəsizlik hissi əvvəlcədən ötürülmür – müştəri ancaq prosesi yaşadıqdan sonra özünü rahat və güvəndə hiss edir.
-Kadr problemi var – yükdaşıma sektorunda ən əsas qüvvə sürücülərdir, amma ölkədə sırf bu sahə üçün sürücü yetişdirən peşəkar mərkəzlər demək olar ki, yoxdur. Bu da kadr çatışmazlığına gətirir.

Azərbaycanda xidmət sahəsində müştəri loyallığını qazanmaq nə qədər çətindir?

Azərbaycanda xidmət sahəsində müştəri loyallığını qazanmaq kifayət qədər çətindir və bunun əsas səbəbi xidmət səviyyəsinin davamlı olmamasıdır. Müştərini qazanmaq üçün ilk dəfə yüksək xidmət göstərilir, amma bir neçə istifadədən sonra həmin xüsusi diqqət çox vaxt yaddan çıxır. Təəssüf ki, bir çox xidmət sahələrimizdə müştəriyə hələ də bir dəfəlik baxılır və satış meneceri yaxud xidmət əməkdaşı yalnız bu günün satışını düşünür, uzunmüddətli yanaşmanı isə arxa plana keçirir. Digər bir məqam da müştəri davranışları ilə bağlıdır: Azərbaycanda hələ də çox insanlar seçimlərini tövsiyələrə, yaxınların və tanışların sözlərinə əsasən edirlər. Bu isə o deməkdir ki, müştəri istənilən vaxt sadəcə kiminsə fikrinə görə artıq istifadə etdiyi xidməti dəyişə bilər. Amma əslində bu çətinliklər düzgün yanaşanda fürsətə çevrilir. Əgər şirkət müştəriyə şəffaf olsa, məsuliyyət daşısa və hər kəsə eyni yanaşma əvəzinə fərdiləşdirilmiş xidmət göstərsə, loyallıq qazanmaq tamamilə mümkündür və bu, şirkəti rəqiblərdən fərqləndirən ən güclü üstünlüyə çevrilə bilər.

Sizcə, AI yaxın 5 ildə xidmət sektorunda ən çox hansı istiqamətləri dəyişəcək?

Süni intellekt yaxın 5 ildə xidmət sektorunda çox ciddi dəyişikliklər yaradacaq. Ən böyük təsiri müştəri dəstəyi sahəsində görəcəyik, çünki chatbotlar və ağıllı cavab sistemləri adi çağrı mərkəzlərinin böyük hissəsini əvəz edəcək və müştərilər suallarına daha sürətli cavab alacaqlar. Logistika və yükdaşıma kimi sahələrdə AI marşrutların və resursların optimizasiyasını edəcək, bu da həm sürəti, həm də qənaətə səbəb olacaq. Digər mühüm istiqamət müştəri davranışlarının proqnozlaşdırılması olacaq, yəni şirkətlər süni intellekt vasitəsilə müştərinin ehtiyaclarını əvvəlcədən görə və ona uyğun təkliflər hazırlaya biləcəklər.

Global trendlərlə lokal trendlər arasında hansı fərqləri müşahidə edirsiniz

Global trendlərlə lokal trendlər arasında kifayət qədər fərqlər var. Qlobal bazarda xidmət sektoru daha çox rəqəmsallaşma, dayanıqlılıq, "yaşıl logistika" və süni intellekt əsaslı idarəetmə üzərində qurulur. Orada uzunmüddətli tərəfdaşlıq münasibətləri, şəffaflıq və ekoloji məsuliyyət artıq standart tələblər kimi qəbul olunur. Azərbaycanda isə hələ ki, qiymət həssaslığı çox yüksəkdir, müştərilər daha çox ən ucuz variantı seçməyə üstünlük verirlər və insan amili xidmət keyfiyyətində əsas rol oynayır. Bundan əlavə, qlobal bazarda B2B münasibətləri strateji tərəfdaşlıq əsasında inkişaf edir, bizdə isə çox zaman qısamüddətli və daha praktik yanaşmalar ön planda olur. Yəni, qlobal trendlər innovasiya və dayanıqlılıq üzərində qurulursa, lokal bazarda hələlik qiymət və şəxsi münasibətlər daha həlledici faktordur.

Yükdaşıma sahəsində B2B marketinq alətləri nələrdir və ən effektivləri hansıdır?

Yükdaşıma sahəsində B2B marketinq alətləri kifayət qədər müxtəlifdir, amma onların effektivliyi yanaşmadan asılı olaraq dəyişir. Ənənəvi olaraq ən güclü vasitələrdən biri networkingdir, yəni biznes görüşləri, forumlar və tərəfdaşlıq əlaqələri, çünki bu sahədə etibar və şəxsi tanışlıqlar həlledici rol oynayır. Digər mühüm alət uğurlu case-lər və müştəri hekayələridir, çünki potensial müştəri real nəticələri gördükdə qərar verməkdə daha asanlıqla inam göstərir. Rəqəmsal marketinq də getdikcə əhəmiyyət qazanır – xüsusilə LinkedIn, email marketinq və sektor portalları B2B müştərilər üçün effektiv kanallardır. Bundan əlavə, sərgilər də çox önəmlidir, çünki burada şirkət birbaşa potensial tərəfdaşlarla görüşə, xidmətlərini tanıda və yeni əlaqələr qura bilir. Tenderlər və dövlət sifarişləri isə strateji müştərilərə çıxış üçün əsas vasitələrdən biridir. Amma bütün bunların içində ən effektiv yanaşma referal marketinqdir, yəni mövcud müştərinin tövsiyəsi ilə yeni müştəri qazanmaq, çünki yükdaşıma sahəsində etibar ən çox sözlə və təcrübə ilə qurulur.

Spiker kimi iştirak edəcəyiniz B2B Marketinq Forumunu Azərbaycan biznes mühiti üçün hansı aspektlərdə vacib hesab edirsiniz? Forumdan şəxsi gözləntiləriniz nələrdir?"

Spiker kimi iştirak edəcəyim B2B Marketinq Forumu Azərbaycan biznesi üçün çox vacibdir, çünki burada şirkətlər bir-birindən təcrübə öyrənə, problemlərini paylaşa və yeni əlaqələr qura bilərlər. Bu forum həm də qlobal marketinq trendlərini öyrənib, onları yerli bazara necə tətbiq edəcəyimizi görmək üçün yaxşı fürsətdir. Həmçinin, müxtəlif sektorlar bir araya gələcək, ortaq problemləri müzakirə edib yeni həll yolları tapa biləcəklər. Mənim şəxsi gözləntim odur ki, forumdan konkret əməkdaşlıq imkanları çıxacaq, şirkətlər bir-birindən öyrənəcək və xidmət keyfiyyətimizi yüksəltmək üçün praktik ideyalar əldə edəcəyik.

Biznes     Tarix: 08 sentyabr 2025

Oxşar xəbərlər

Dövlət Xidmətində "Gold Gənclik" və "Şərq Bazarı"ndakı qızıl satanlarla görüş keçirilib

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində "Gold Gənclik" və "Şərq Bazarı" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Laçı

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 90 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət yaradılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 90,2 % çoxdur. Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

"Supertoys" MMC-nin dövlətə külli miqdarda vergi borcu var - MƏBLƏĞ

Ölkənin ən böyük oyuncaq mağazaları şəbəkəsi olan "Supertoys" MMC-nin (VÖEN: 1005376651) dövlətə külli miqdarda vergi borcu var. .  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin vergi borcunu məbləğ

Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA

Azərbaycan şirkəti Dubaydakı şirkətə verilən borcu geri ala bilmədi – BORCU SATIŞA ÇIXARDI

Azərbaycanda böorc öhdəliklərinin satışı ilə bağlı bazar inkişaf etməkdədir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Aqrar Kredit" BOKT öz balansında olan debitor borcların bir hissəsini satışa çıxarıb

"Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib

Nazirlər Kabineti "Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərin

Dövlət Xidməti isti hava ilə bağlı - ŞİRKƏTLƏRƏ XƏBƏRDARLIQ EDİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sabaha gözlənilən isti hava – 41 dərəcə temperaturla bağlı ndən işəgötürənlərə müraciət edib. xəbər verir ki, müraciətdə Müfəttişlik işəgötürənlər

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm


iqtisadi xeberler birbank online pul qazanmaq dollarin kursu bu gun kicik biznes