"Bakcell" yeni "debet kart" buraxır – 2 qat ƏDV, PULSUZ köçürmə və nağdlaşdırılma
"Bakcell"şirkəti debet kart təqdim edir.
Banker.az-ın məlumatına görə, "Bakcell" debet kartı onlayn ödənişlər, digər "Bakcell Debet" kartı istifadəçilərinə köçürmələr, müxtəlif ödənişlər və mobil nömrənin balansını artırmaq üçün fiziki və rəqəmsal kartdır.
KARTIN XÜSUSİYYƏTLƏRİ: HANSI ÜSTÜNLÜKLƏRİ VAR?
30%-ə qədər "cashback" (minimum 1,2% cashback);
2 qat EDV Geri Al;
Xüsusi Bakcell kampaniyaları: nömrənin balansı artırıldıqda 5 GB-a qədər internet bonusları (bu kartla);
Ulduzum Premium – kart sahibləri üçün əlavə üstünlüklər;
Pulsuz köçürmə və nağdlaşdırılma.
Kartın etibarlılıq müddəti – 3 ildir. İllik dövriyyə limiti – Limitsizdir. Hər 3 valyutadada təqdim edilir: Valyuta – AZN / USD / EUR.
NAĞD PULUN ÇIXARILMASI
Kapital Bank bankomat və ofislərində 4000 AZN-ə qədər – 0%;
Limitdən yuxarı: 0,5% Kapital Bank bankomat və ofislər, 1,5% digər bankların bankomatları və ofisləri.
C2C (kartdan karta):
-Kapital Bank kartları və hesablar üçün 0%;
-Digər bankların kartları üçün 0% 4000 AZN-dək;
-Limiti keçdikdən sonra Kapital Bank kartları və hesablar üçün 0,5%;
-Limiti keçdikdən sonra digər bank kartları üçün 1,5%.
-Cashback – 1.2% (bəzi tacirlərdən başqa bütün nağdsız əməliyyatlar);
-Cashback limiti – 500 AZN;
-ƏDV Geri Al – İki qat (2X).
Qeyd edək ki, hazırda Bakcell Kart məhsulu müştərilərə mərhələli şəkildə təqdim edilir.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab