"Bakı Neft Mədən Avadanlıqları" ASC-nin vəziyyəti - MƏLUM OLDU - HESABAT

"Bakı Neft Mədən Avadanlıqları" ASC-nin 2024-cü il üzrə maliyyə nəticələri məlum olub.
Dənizkənarı Bulvar İdarəsinin əməliyyat gəlirləri - KƏSKİN AZALDI - HESABAT
FED.az xəbər verir ki, 2024-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 2 milyon 710 min manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 947,5 min manat (53,8%) daha çoxdur.
Satışların maya dəyəri çıxıldıqdan sonra şirkətin ümumi mənfəəti 390,9 min manat olub. Ümumi mənfəətdə illik artım 190,9 min manat (95,5%) təşkil edib.
Əməliyyat və administrativ xərclər çıxıldıqdan sonra cəmiyyətin əməliyyat mənfəəti 329,2 min manat təşkil edib. Bu göstərici ötən ilə nisbətən 178,3 min manat (118,2%), yəni iki dəfədən çox artıb.
Nəticədə, şirkət 2024-cü ili 263,3 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət ötən ilin göstəricisindən 136,3 min manat (2 dəfə) çoxdur.
Aktivlərin Həcmi Artıb
2024-cü ilin sonunda Cəmiyyətin cəmi aktivləri 2 milyon 326,8 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 492,6 min manat və ya 26,9% artım deməkdir.
Aktivlərin strukturunda əsas artım qısamüddətli aktivlərin hesabına baş verib. Cəmiyyətin qısamüddətli aktivləri 1 milyon 999 min manata çatıb. Bu, illik müqayisədə 531,2 min manat (36,2%) artım deməkdir.
Qısamüddətli aktivlər arasında ən kəskin artım debitor borclarında qeydə alınıb. Belə ki, şirkətin qısamüddətli debitor borcları 502,5 min manat təşkil edib. Bu göstərici ötən ilə nəzərən 489 min manat və ya 36 dəfədən çox (3622%) artıb.
Eyni zamanda, Cəmiyyətin pul vəsaitləri və onların ekvivalentləri 107,3 min manat olub. Bu da ötən illə müqayisədə 95,8 min manat (9,3 dəfə) artım deməkdir. Şirkətin uzunmüddətli aktivləri isə bir qədər azalaraq 327,7 min manat təşkil edib ki, bu da 38,8 min manatlıq (10,6%) azalmadır.
Kapital və Öhdəliklər
Hesabat dövrünün sonunda şirkətin cəmi kapitalı 1 milyon 533,1 min manat olub. İllik müqayisədə kapital 134,4 min manat (9,6%) artıb. Kapitalın artması, əsasən, bölüşdürülməmiş mənfəətin çoxalması hesabına baş verib. Bölüşdürülməmiş mənfəət 263,3 min manata yüksəlib ki, bu da illik 134,5 min manat (104,4%) artım deməkdir. Cəmiyyətin nizamnamə kapitalı isə dəyişməz qalaraq 765,9 min manat səviyyəsində qalıb.
Cəmiyyətin cəmi öhdəlikləri 793,7 min manata çatıb. Bu, ötən ilə nisbətən 358,1 min manat (82,2%) artım deməkdir. Artımın əsas hissəsi qısamüddətli kreditor borclarının payına düşür. Bu borclar 173,3 min manat (72,7%) artaraq 411,7 min manata çatıb. Diqqətçəkən məqamlardan biri də dividend üzrə təsisçilərə olan borcların azalmasıdır. Bu göstərici 96,5 min manat (62,6%) azalaraq 57,7 min manat təşkil edib.

Biznes     Tarix: 20 iyun 2025

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin