Bakı rusiyalı milyarderi "qara siyahı"ya salıb

Bakı rusiyalı milyarderi XİN bununla bağlı rəsmi xəbər yaymayıb, amma Malofeyevin anti-Azərbaycan mövqeyinə görə bu qadağanı çoxdan haqq edib
Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb
FED.az xəbər verir ki, rusiyalı milyarder, ultra-sağçı "Tsarqrad" internet televiziyasının saytının təsisçisi Konstantin Malofeyevin Azərbaycana girişi qadağan edilib.
Buna səbəb onun nəzarətində olan "Tsarqrad" media orqanının Azərbaycan hakimiyyəti haqqında dezinformasiya və Rusiya Federasiyasında ölkə vətəndaşlarına qarşı zorakılığa bəraət qazandıran təbliğat materiallarıdır.
Malofeyev deyib ki, Bakının qərarını dəyişdirmək mümkün deyil – apellyasiya şikayəti vermək də istisna olunur. Bakı ölkəyə girişi həmişəlik qadağan edilənlərin "qara siyahısı"nı nadir hallarda dəyişiklik edir. Siyahıya əsasən, anti-Azərbaycan mövqeli siyasətçilər, jurnalistlər və ictimai xadimlər daxil edilir.
Qeyd edək ki, Moskva vilayətinin Azərbaycan muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edildikdən sonra Konstantin Malofeyev yenə də təxribatçı mövqedən çıxış edib. O, Rusiyadakı bütün Azərbaycan diasporasının yoxlanılmasına çağırıb.
Yada salaq ki, Rusiyanın ultra-sağçı "Tsarqrad" internet televiziyasının saytının bloklanması üçün "Minval.az"ın baş redaktoru Emil Mustafayev bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etmişdi.
"Mustafayev telekanalın Azərbaycana qarşı yönəlmiş yalan və təxribat xarakterli məlumatlar yayması ilə bağlı tədbirlər görülməsinə çağırıb. Müraciət nəticəsində ölkədə demək olar ki, heç kimin oxumadığı resursa – iş zamanı rastlaşan jurnalistlər istisna olmaqla – giriş məhdudlaşdırılıb. Bu addım ölkə daxilində təbliğat resurslarının fəaliyyətinin necə yatırılacağının bariz nümunəsi oldu. Bu, həm də Azərbaycana qarşı saxta xəbərlər yaymağa və ölkə daxilində ictimai rəyə təsir etməyə ümid edən digər təbliğatçılara dərs olmalıdır", – deyə müraciətdə qeyd olunurdu.
"Tsarqrad" 2015-ci ildə rus pravoslav oliqarxı Konstantin Malofeyev tərəfindən yaradılıb. 2020-ci ildə "YouTube" ABŞ-ın ixrac qanunlarını pozduğuna görə "Tsarqrad" kanalını daimi olaraq bloklayıb. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra kanal ABŞ, Avropa İttifaqı, Birləşmiş Krallıq və Kanada tərəfindən sanksiyalar siyahısına salınıb.
Konstantin Malofeyev 1974-cü ildə Moskva vilayətində ziyalı ailəsində doğulub, anası proqramçı, atası astrofizik olub. Məktəbi gümüş medalla bitirib, 1991–1996-cı illərdə Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, karyerasına investisiya banklarında başlayıb. 2005-ci ildə özünün "Marshall Capital Partners" investisiya fondunu yaradıb. O, yeni texnologiyalara, nəqliyyata, qida istehsalına, pərakəndə satışa və daşınmaz əmlaka sərmayə qoyub. 2012-ci ilə qədər fond 1,5 milyard dollar dəyərində aktivləri idarə edirdi. Onlardan ən böyüyü "Rostelecom"un 10%-lik payı idi.
Bir neçə ildir ki, o, bizneslə paralel ictimai fəaliyyətlə məşğul olur. 2015-ci ildə Malofeyev özünün "Tsarqrad" telekanalını açıb. Bu işdə ona keçmiş "Fox News" direktoru Cek Hanik kömək edib. Kanalın konsepsiyası "xristian nöqteyi-nəzərindən təqdim edilən xəbərlər"dir. İlk növbədə Malofeyevin media orqanı "Rusiyanın 100 rusofobu" məqaləsi ilə məşhurlaşdı. "Tsarqrad" məmurları tənqid edən kifayət qədər sərt materiallar da hazırlayır. 2012-ci ildə Malofeyev senator olmağa da çalışdı. Versiyalardan birinə görə, o, barəsində olan çoxsaylı fırıldaq və dələduzluq cinayətlərindən yayınmaq üçün toxunulmazlıq əldə etmək istəyirmiş. Bunun üçün ona Smolensk vilayətində yerli seçkilərdə qalib gəlmək lazım idi. Lakin səslərin pulla satın alınması ilə bağlı şübhələrə görə onun namizədliyi səsvermə bülletenindən çıxarıldı və senatorluğa başqa bir adamın namizədliyi irəli sürüldü. Malofeyev Aİ və ABŞ sanksiyalarına məruz qalan ilk rusiyalılardan biridir. (Musavat.com)

Biznes     Tarix: 07 iyul 2025

Oxşar xəbərlər

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR

"Kənd" MMC-nin (VÖEN: 600827271) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 milyon 781 min manatdan 100 manata – yəni 2 milyon 780 min 900 mana

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding 2026-cı il "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində "Gələcək iş"(Future of Work), "İnsan resurslarının idarə edilməsi" (Human Resources) və "Təlim və inkişaf"

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti


iqtisadi xeberler dollar manat kursu bank faizleri bitcoin 1000 manatla biznes