Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir

Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilirBakı Ekspo Mərkəzində Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi - 2-ci Türk Ticarət Sərgisi keçirilir.
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, tədbir Türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması və satış imkanlarının genişləndirilməsi yolu ilə bizneslərin inkişafına dəstək göstərilməsi məqsədilə təşkil olunub. Sərgidə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikasından olan şirkətlərin məhsul və xidmətləri sərgilənir.
Forum-sərgi KOBİA və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin "Rok Expo" şirkətinin təşkilatçılığı ilə keçirilir.
Mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqsədilə KOBİA sərgidə xüsusi stendlə təmsil olunur. Agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilir. Agentliyin stendində sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənir. Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, forum-sərgi iyunun 12-dək davam edəcək. Forumda "Türk dövlətləri iqtisadiyyatı", "Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları", "Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya", "Türk dövlətlərində rəqəmsal ticarət", "Türk dünyası biznes qadınları zirvəsi", "Akademik istiqamətlər", "Startaplar və investisiyalar", "Türk dünyasında medianın gücü" mövzularında panel müzakirələr təşkil olunacaq. Sərgi hissəsində isə 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, "yaşıl iqtisadiyyat", turizm, rəqəmsallaşma və s. sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir.

Biznes     Tarix: 11 iyun 2025

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin