Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib - FOTOLAR
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Xorvatiya İqtisadiyyat Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Xorvatiya biznes-forumu keçirilib.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin dostluq və ortaq maraqlar əsasında inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin iqtisadi müstəvidə də əks olunması üçün sahibkarlar arasında əlaqələrin qurulmasının və bu istiqamətdə proseslərin intensivləşdirilməsinin vacibliyini ifadə edib. Nazir müavini forumun qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişin əldə olunmasına müsbət təsir göstərəcəyini bildirib.
Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov ticarət və investisiyalar, o cümlədən kənd təsərrüfatı və energetika sahələrində iki ölkə arasında müxtəlif istiqamətlər üzrə potensialın mövcud olduğunu qeyd ediblər. Bildirilib ki, müxtəlif formatlarda keçirilən görüşlər və tədbirlər işgüzar dairələr arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.
Forumda ölkələr arasında ticarət və investisiya tərəfdaşlığının inkişafı imkanlarına dair müzakirələr aparılıb, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilib.
Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, qida sənayesi, tikinti, ticarət, energetika sahələrində fəaliyyət göstərən 40-dan çox şirkət nümayəndəsi iştirak edib.
Qeyd edək ki, tədbirdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Xorvatiya İqtisadiyyat Palatasının Biznesin Beynəlmiləlləşməsi Mərkəzinin direktoru Silva Stipiç Kobal ölkələrin biznes və investisiya potensialı, eləcə də mümkün əməkdaşlıq istiqamətləri haqqında danışıb, fikir mübadiləsi aparıblar.
Forum B2B formatda görüşlər ilə davam edib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?