Bakıda bu kafe sudan pulsuz istifadə edirmiş - FOTO

Bakıda bu kafe sudan pulsuz istifadə edirmiş - FOTO Prezident İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi Rayon Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.
"Azərsu" ASC-dən FED.az-a bildirilib ki, Binəqədi rayonunun Xocəsən qəsəbəsində fəaliyyət göstərən beton istehsalı müəssisəsində suyun talanması aşkar edilib. 3 ay əvvəl müəssisənin su təchizatı sistemlərinə baxış keçirilən zaman sayğacdankənar xətdən istifadə edildiyi müəyyən edilərək dəymiş ziyan hesablanıb. Həmin xəttin ləğv edilməsinə baxmayaraq, obyekt sahibi şəbəkəyə yenidən özbaşına qoşulub.
Nəzarət tədbirləri zamanı Binəqədi qəsəbəsi 1-ci mədən ərazisində fəaliyyət göstərən restoran, market, daşınmaz əmlak ofisi və avtoyuma məntəqəsində sayğacdankənar çəkilmiş əlavə xətt ləğv edilib.
Sulutəpə qəsəbəsində yerləşən "Stop" kafenin sahibi isə təchizatçı şirkətlə müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edirmiş. Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci şimal küçəsində fərdi yaşayış evinin tikintisi ilə məşğul olan şəxs tərəfindən tikilmiş mənzillərdə də sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.
Aşkarlanmış hallar üzrə akt tərtib olunub, qanunsuz su xətləri ləğv edilib. Eyni zamanda su təchizatına qanuni qoşulma ilə bağlı vətəndaşlar məlumatlandırılıb. Bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısını alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üzrə 2958, Binəqədi rayonu üzrə 633 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üzrə 900 min kubmetr, Binəqədi rayonu üzrə 176 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Bakıda bu kafe sudan pulsuz istifadə edirmiş - FOTO

Biznes     Tarix: 04 aprel 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne