Bakının ətrafında yeni universitet şəhərciyi yaradılacaq
Bakıda "Universitet şəhərciyi 3.0" layihəsi icra olunacaq.
Marja.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Bakı ölkənin ali təhsil mərkəzidir. Burada yerləşən universitetlərin əksəriyyəti gələcək inkişaf və genişlənmə imkanları məhdud olan sıx məskunlaşmış şəhər mərkəzində yerləşir. Bu strateji layihə, böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə Bakıda akademik mərkəz yaratmağı nəzərdə tutur.
Vurğulanıb, bu layihə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcək və təhsilin keyfiyyətini yüksəldəcəkdir. Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək. Hazırda müxtəlif əməliyyat modelləri müzakirə edilir. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür. Qeyd edilən ikinci variant vasitəsilə layihənin cari ərazisinin şəhər inkişafı yolu ilə maliyyələşdirilməsi təmin edilə bilər.

"PAŞA Bank" günəş elektrik stansiyası layihəsinin bir hissəsini maliyyələşdirəcək - Kredit müqaviləsi imzalanıb
Son 15 ildə Azərbaycanda beynəlxalq bankçılıq mükafatları hansı banklara verilib?
"Azər-Türk Bank"da ciddi transformasiyanın aparılması, biznes hədəflərinin dəyişdirilməsi labüddür"
Unibank "Dayanıqlılıq / ESG" nominasiyası üzrə regionda birinci oldu
"Euromoney" seçim etdi: Azərbaycanın ən yaxşı pərakəndə bankı açıqlandı
AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıb
Bir "CNBC" və "Statista" tərəfindən "Dünyanın aparıcı fintexləri" sırasına daxil edilib
Bankların depozit portfeli üzrə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.07.2026)
Kapital Bank "Euromoney Awards for Excellence 2026"da iki nominasiya üzrə qalib olub
Azərbaycanda 13 milyonluq şirkət kapitalını – 200 MANATA ENDİRDİ
Biznes nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes növləri
5 liderlik göstəricisi