"Bang & Olufsen" biznes istifadəçiləri üçün "Hi-End" qulaqlıqlarını təqdim edib

(®) Danimarka brendi olan "Bang & Olufsen" 100 ilə yaxındır ki, əfsanəvi "Hi-End" audio məhsullarını istehsal edir. Tanınmış şəxslərdən Stiv Cobs da bu brendin pərəstişkarlarından olub. 
İstehsalçı istifadəçinin video və telefon zəngləri arasında asanlıqla keçid etməsi, bir düymə ilə görüşlərə qoşulması və ya telefon və noutbuk arasında keçid etməsi üçün hibrid işə xüsusi önəm yetirir. Çoxsaylı zənglər zamanı səsin aydın eşidilməsi və fondakı səs-küy arasında itib-batmaması, həmçinin qulaqlıqları uzun müddət fasiləsiz taxmaq imkanı vacib əhəmiyyətə malikdir. 
Şirkət bu yaxınlarda simsiz biznes qulaqlıqlarının yeni premium xətti olan "Beocom" qulaqlıqlarının təqdimatını keçirib. Daha çox məlumat üçün
"Bang & Olufsen" brendinin cihazları – Müasir İncəsənət Muzeyinin eksponatları və məşhur avtomobil istehsalçılarının seçimi
"Bang & Olufsen" brendi 1925-ci ildə Danimarkanın kiçik Struer şəhərində yaradılıb. İnanılmaz görünsə də, istehsal prosesi hələ də bu şəhərdə həyata keçirilir. Brendin ilk cihazı "Eliminator" radioqəbuledicisi olub. Batareyalarla deyil, dəyişən cərəyanla işləməsi sayəsində bu cihaz əsl inqilabi yeniliyə imza atıb. 
Brend detallara xüsusi diqqət ayırması ilə seçilir. Əgər cihazın materialları sırasında ağacdan istifadə olunursa, bu, mütləq, əl işi olmalıdır. Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyi hətta "Bang & Olufsen" brendinin məhsulların ayrıca sərgi həsr edib. Tarix ərzində bu şərəfə yalnız 5 şirkət layiq görülüb.
Şirkətin əsas laboratoriyasında əməkdaşlar akustika və səsin qəbulu üzrə tədqiqatlar aparırlar. Hər bir məhsulun dəqiq tənzimlənməsi aylarla vaxt aparır. Təsadüfi deyil ki, böyük avtomobil istehsalçıları ("Audi", "Aston Martin", "Mercedes-Benz", BMW) lüks modellər üçün məhz "Bang & Olufsen" brendinin səs sistemlərini seçir.
"Bang & Olufsen" əməkdaşları bildirirlər ki, onların işinin əsas qayəsi ən yaxşı məhsullar yaratmaq və daim yeni yollar axtarmaqdır. Brendin hazırladığı hər yeni məhsul bunu bir daha sübut edir. "Beocom" qulaqlıqları da bu baxımdan istisna deyil.
"Beocom" - şirkətin əsas əməkdaşları üçün qulaqlıqları
"Beocom" qulaqlıqlar xətti yüksək keyfiyyətli səsə, funksionallığa və qadcetlərin cəlbedici dizaynına xüsusi önəm verən biznes peşəkarları üçün yaradılmışdır. Bu cihazlar danışıqlar aparmaq, iclaslarlarda iştirak etmək, ofisdə, evdə və ya səyahət zamanı vacib işgüzar zənglər etmək, yaxud sadəcə sevimli musiqini dinləmək üçün ideal həlldir.
Xəttə iki model daxildir – "Beocom EX" və "Beocom Portal". Daha çox məlumat üçün
"Beocom Portal": komforta və üsluba dəyər verənlər üçün
Klassik formalı, premium keyfiyyətli bu simsiz qulaqlıqlar əla səs keyfiyyəti, mükəmməl səsboğuculuğu və erqonomik dizaynı ilə fərqlənir. Xüsusi konstruksiyası və yaddaş köpük materialdan hazırlanan qulaq yastıqları cihazdan saatlarla maksimum rahatlıqla istifadə etməyə imkan verir. Qulaqlıqların digər üstünlükləri sırasında qadcetlərlə çox sürətli qoşulma (eyni anda iki cihaza qoşulmağa imkan verir), qoşulma sabitliyi, intuitiv sensor idarəetməsi və səs funksiyalarına sürətli giriş imkanlarını göstərmək olar. 
"Beocom Portal" ofisdə və ya evdə istifadə üçün uyğundur. Yığcam olduğu üçün avtomobildə və səfərlərdə rahat istifadə edilə bilər. Şarjın bitməsi barədə də narahat olmağa dəyməz, çünki "Beocom Portal" qulaqlıqları bir dəfə şarj olunmaqla 47 saatadək işləyir. 
"Beocom EX": aktiv və enerjili istifadəçilər üçün
Klassik "true wireless" qulaqlıqlar mütləq azadlığa və ideal səsə önəm verənlər üçün nəzərdə tutulub. Üstünlükləri sırasında əla səsboğucu funksiyanı, sukeçirməzliyi, 28 saatadək işləmə imkanını, simsiz şarj, həmçinin tozdan və rütubətdən qorunma xüsusiyyətlərini, 6 qramlıq çəkini, iki cihazı qoşmaq imkanını, daxili zəng idarəetməsi funksiyasını, demək olar ki, bütün korporativ kommunikasiya platformaları (Microsoft Teams, Zoom, Google və s.) ilə tam uyğunlaşma imkanını göstərmək olar. 
Skandinaviya üslubunda yaradılan erqonomik dizayn xüsusi diqqətə layiqdir - cihaz həm sevdiyiniz qısaqol köynək, həm də bahalı iş kostyumu ilə əla görünəcək. "Mükəmməl dizayn və işgüzar ünsiyyət arasında kompromis axtarmayın. İstər gəzintidə olarkən, istər sevimli musiqidən zövq alarkən, istərsə də zəng edərkən siz daim dəbli və zərif görünəcəksiniz", - "Bang & Olufsen" tövsiyə edir.
Vacib tərəfdaşlar üçün ideal hədiyyə
Qarşıdan gələn bayramlar ərəfəsində korporativ hədiyyələr mövzusu xüsusilə aktuallaşır. Hamını rəhbərliyi, tərəfdaşları və əsas müştəriləri nə ilə sevindirmək məsələsi düşündürür. Elə isə "Beocom EX" və "Beocom Portal" əsl siz axtaran hədiyyədir. Əlbəttə ki, belə bir hədiyyə keyfiyyətə, dizayna və eksklüzivliyə önəm verən hər kəsə xoş təsir bağışlayacaq. 
"Beocom" qulaqlıqları artıq satışdadır.  / marja.az

Maraqlı     Tarix: 20 dekabr 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü


iqtisadi xeberler en son xeberler birbank emlak xeberleri investisiya