Bank "BTB" ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırıldı
®Bank "BTB" ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 66 milyon 450 min manatdan 71 milyon 450 min manata yüksəlib.
Kapital artımı hər birinin nominal dəyəri 1000 manat, ümumi məbləği 5 milyon manat olan 5000 ədəd adi səhmlərin emissiyasının tam olaraq yerləşdirilməsi hesabına baş tutmuşdur.
Qeyd edək ki, Bank "BTB" ASC 2010-cu ildə təsis edilmişdir və 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filial və 1 şöbəsi ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən müştərilərə təqdim edir.
Universal xidmətlər göstərən Bank BTB-nin təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp () nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab