Bank faiz gəlirlərinin və xalis mənfəətinin artdığını açıqladı
"Bank Melli İran" Bakı filialı 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 3 milyon 437 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni dövrünü 2 milyon 84 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 1 milyon 354 min manat və ya 65% artıb. Xalis mənfəətin artması Bankın faiz gəlirlərinin və ehtiyatdan qayıdan vəsaitin artması ilə əlaqədardır.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında 1 milyon 495 min manat, haqq və komissiya gəlirləri 47 min manat ikən, 2024-cü ilin eyni dövründə müvafiq olaraq 2 milyon 404 min manat və 5 min manat təşkil edib.
Cari ilin ilk 6 ayında mümkün zərərlər üçün yaradılmış ehtiyatdan qayıdan 1 milyon 912 min manat gəlirlərə əlavə olunub. Ötən ilin eyni dövründə ehtiyatdan 1 milyon 348 min manat qayıtmışdı.
30 İyun 2024-cü il tarixində "Bank Melli İran" Bakı filialı 114 milyon 856 min manat cəmi aktivlərə malik olub. Cəmi aktivlərin, o cümlədən 35 milyon 56 min manatını qiymətli kağızlara investisiyalar, 33 milyon 116 min manatını maliyyə institutlarından alınacaq vəsaitlər və 2 milyon 393 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar 46 milyon 229 min manatdan 40 milyon 879 min manata gerilədiyi üçün Filial ilk 6 ayda kiçilib.



Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt