"Bank of Baku"nun Müşahidə Şurasına təyinat
"Bank of Baku" ASC-nin Müşahidə Şurasının yeni üzvü seçilib.
Banker.az xəbər verir ki, bu, əvvəllər adıçəkilən bankın İdarə Heyətinin sədri olmuş Filiz Yunus Emre Alidir.
Bununla da Müşahidə Şurasının üzvləri bir sədr Elçin İsayev olmaqla 4 üzvdən ibarətdir. Üzvlər – Arda Eromi, Maşallah Saleh oğlu, İlqar Əliyev Fəyyaz oğlu, Yunus Emre Ali Filizdir.
Y.Emre 2021-ci ilin martından 2024-cü ilin martına qədər Bankın İdarə Heyətinin sədri olub. 2015-ci ildən 2021-ci ilə qədər isə "Bank of Baku"nun əsas səhmdarı olan Türkiyənin "NAB Holding" tərəfdən Müşahidə Şurası üzvi kimi çıxış edib.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab