Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi

Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi®Bank Respublika "Qızıl Seçim"lotereyasının qalibinə avtomobil təqdim etdi
Bu gün Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika fəaliyyətinin 34-cü ilini qeyd edir. 1992-ci ildən fəaliyyət göstərən Bank bu illər ərzində ölkə iqtisadiyyatının inkişafına töhfə verərək, müasir və innovativ xidmətləri ilə milyonlarla müştərinin etimadını qazanıb.
Bank bu əlamətdar gündə də müştərilərindən birinə sevinc bəxş edərək, ona avtomobil təqdim edib. Belə ki, "Qızıl Seçim"  lombard lotereyasının 2-ci tirajının əsas qalibinə BYD Destroyer avtomobili təqdim edilib.
Qeyd edək ki, avtomobil qazanmış xanım müştəri Bankdan 1 000 AZN məbləğində lombard krediti rəsmiləşdirməklə lotereyada iştirak hüququ əldə edib.
Lotereyanın qalibləri 15 may 2026-cı tarixində Bank Republika-nın Baş ofisində 5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirakı ilə təsadüfi seçim əsasında müəyyən olunub
İkinci tirajda 01 yanvar – 01 may 2026-cı il tarixlərində, eləcə də 1-ci tiraj çərçivəsində Bank Respublikada lombard krediti rəsmiləşdirmiş müştərilər iştirak edirdi. Ümumilikdə lotereyada 20 000-dən çox müştəri və onlara məxsus 200 000-ə yaxın lotereya şansı qeydə alınıb. Qeyd edək ki, hər 500 AZN məbləğində lombard krediti müştərilərə 1 iştirak şansı qazandırıb.
Qeyd edək ki, avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi dileri "Group Motors" tərəfindən təqdim olunur.
Lotereya haqda ətraflı məlumatı Bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr:   Facebook |  Instagram |  LinkedIn      |  Telegram
Çağrı Mərkəzi: 144
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdiBank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdiBank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi/ banker.az

Banklar     Tarix: 22 may 2026

Oxşar xəbərlər

Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək

Rabitəbank Visanın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. Elektra Event Hall-da baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək komanda ruhu, strateji düşünc

"AccessBank"ın rəhbərlərindən biri bankdan ayrıldığını açıqlayıb

Birləşmə ərəfəsində olan "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü, baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev bankdan ayrıldığını açıqlayıb. xəbər verir ki, o, qərarını bankın səhmdarlığında və strukturunda gözlənilə

"Səhər 9-da sağlam, saat 2-də isə xəstə

"Səhər 9-da sağlam, saat 2-də isə xəstə". Bu sözləri Azərbaycandakı Britaniya-Azərbaycan Ticarət Palatası (BCCA) İcraçı Direktoru Zibər Hüseynova yayımlanan müsahibəsində bildirib. O üzləşdiyi sarkoma diaqnozu

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı sahibkarlığın dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini bağlayıb. Bakı, 26 oktyabr 2026-cı il. Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və ort

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. Bu barədə "Fars" agentliy

Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb

"Azərbaycan Sənaye Sığorta" ASC-də 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta haqları və ödənişlərinin dinamikası əks istiqamətdə dəyişib. xəbər verir ki, şirkətin topladığı sığorta haqları 2025-ci ilin eyn

PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb

Bakı Fond Birjasında (BFB) ticarət olunan "PAŞA Bank" ASC-nin səhmlərinin qiymətində oktyabr ayında yüksəliş müşahidə olunub. xəbər verir ki, 20 oktyabr 2026-cı il tarixinə olan açıq bazar məlumatına əsasən, bankı

Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)

Azərbaycanda bankların ümumi depozit portfeli 2026-cı ilin ilk doqquz ayında 11% artaraq 42,26 milyard manata çatıb. xəbər verir ki, bu, bankların maliyyə hesabatları əsasında aparılan hesablamalardan məlum olur. Həcm üzr

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhli


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun dollar manat kursu en son xeberler