Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDIAzərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2025" buraxılışını dərc edib. Marja.az bülletenə istinadən aşağıdakı məlumatı diqqətinizə təqdim edir. 
Bank sektoru
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI31 May 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,332 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 26 nəfər artaraq 25,965 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,549.7 mln. manat, cəmi öhdəlikləri 49,690.3 mln. manat, balans kapitalı 6,859.5 mln. manat olmuşdur. May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3.6% və 4.3% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 290 mln. manat artaraq 28,386.5 mln. manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15,100 mln. manat);
ıı) istehlak kreditləri – 31.3% (8,881.9 mln. manat) 
ııı) ipoteka kreditləri – 15.5% (4,404.6 mln. manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.8%-i və ya 38,179.3 mln. manat. Depozit portfelinin 61.4%-i (23,445.1 mln. manat) hüquqi şəxslərin, 38.6%-i (14,734.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.7%-i (9,835.1 mln. manat) milli valyutada, 33.3%-i (4,899.2 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.4%-i (9,198.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 0.7% və ya 62.7 mln. manat, tələbli əmanətləri isə 2.3% və ya 123.6 mln. manat artmışdır. 2025-ci ilin may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3,205 əmanətçi), ilin əvvəlindən isə 9.7% (14,542 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 18,223.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.7%-ni təşkil etmişdir.
2025-ci ilin yanvar - may aylarında banklar 430.7 mln. manat xalis mənfəət, 708.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 109 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.9% artaraq 35,768.5 mln. manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 130.8 mln. manat artaraq 2,716.2 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədəd təşkil etmişdir. Ödəniş kartlarında debet kartlarının sayı 4% artmış, kredit kartlarının sayı isə 6.2% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29% artmışdır. 2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,053 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,016 mln. manatı POS-terminallar, 3.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 42.4% artmışdır.

Banklar     Tarix: 25 iyun 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun