Bankların aktivlərinin həcmi fevralda 561 mln. manat azalıb – İCMAL GÖSTƏRİCİLƏR
Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 29 fevral 2024-cü il tarixinə 48 mlrd. 735.7 mln. manat, cəmi öhdəlikləri 42 mlrd. 548.4 mln. manat, balans kapitalı 6 mlrd. 187.3 mln. manat olub.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Yanvarda bankların aktivləri 49 mlrd. 296.8 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 144.4 mln. manat, balans kapitalı 6 mlrd. 152.4 mln. manat idi.
Fevral ayında bankların kredit portfeli 1.1% və ya 266.7 mln. manat artaraq 23 mlrd. 833 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.8% (13 mlrd. 063.7 mln. manat); ıı) istehlak kreditləri – 29.7% (7 mlrd. 077.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (3 mlrd. 692 mln. manat). Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.2%-i və ya 34,959.3 mln. manat. Depozit portfelinin 62.8%-i (21 mlrd. 955.7 mln. manat) hüquqi şəxslərin, 37.2%-i (13 mlrd. 003.6 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
2024-cü ilin fevral ayında fiziki şəxslərin əmanətləri 1.3% və ya 172.4 mln manat artaraq 13 mlrd. 003.6 mln. manat təşkil etmişdir. Fiziki şəxslərin əmanət portfelinin 55.2%-i (7 mlrd. 174.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 mlrd. 037.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.6%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.3 faiz bəndi azalaraq 35.3% təşkil etmişdir.
2024-cü ilin yanvar – fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə 48.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab