Bankların KOB-lara verdiyi kreditlər azala-azala gedir
Azərbaycanda kiçik və orta bizneslərə (KOB) verilən kreditlərin həcmi son iki rübdə azalma dinamikası ilə davam edir.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, kommersiya bankları orta biznesə verdiyi kreditlərin həcmi 2024-cü ilin birinci rübündə orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 433 milyon manat və ya 20% azalaraq 1 mlrd. 717 mln. manata, kiçik sahibkarlıqda isə 121 mln. manat və ya 7.65% azalmaqla 1 mlrd. 464 mln. manata düşüb. Hər iki subyektlərə verilən kreditlər son iki rübdə azlmaqdadırlar.
Azərbaycanda 1 aprel 2024-cü il tarixinə 13 mlrd. 201.5 mln. manat biznes krediti var. Bu ilin əvvəli ilə müqayisədə 584.75 mln. manat və ya 5% artımdır.
Artım digər sektor olan iri bizneslərə verilən kreditlərin hesabınadır. Məsələn iri bizneslərə verilən kreditlərin həcmi 7 mlrd. 342 mln. manat olmaqla son rübdə 1 mlrd. 90 mln. manat (17%) artıb. Mikro kreditlərin həcmi isə 49 mln. manat və ya 2%-ə yaxın artımla 2 mlrd. 679 mln. manat olub.
Azərbaycanda sahibkarlıq subyetktlərinin meyarları Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarındakı göstəricilərlə ölçülür:
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları
İşçilərinin orta siyahı sayı
(nəfər)
İllik gəliri (ig) (min manat)
Mikro sahibkar
1 – 10
ig ≤ 200
Kiçik sahibkar
11 – 50
200 < ig ≤ 3 000
Orta sahibkar
51 – 250
3 000 < ig ≤ 30 000
İri sahibkar
251 və ondan yuxarı
30 000 < ig

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları