Belarus şirkəti sürücüsüz çalışa bilən kombaynlar istehsal edəcək
Belarusun "Qomselmaş" kənd təsərrüfatı maşınları zavodu oktyabr ayından etibarən Cognitive Pilot (Sberbank və Cognitive Technologies-in törəmə şirkəti) tərəfindən hazırlanmış süni intellekt sistemləri ilə təchiz olunmuş kombaynların seriyalı istehsalına başlayacaq.
Marja xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən məlumat verilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Oktyabr ayından Belarusun "Qomselmaş" zavodunun istehsalı olan "Gomselmash GS2124" kombaynları Rusiyanın "Cognitive Pilot" şirkətinin süni intellektə əsaslanan "Cognitive Agro Pilot" avtonom idarəetmə sistemi ilə təchiz ediləcək", - deyə mətbuat xidmətindən bildirilib.
"Cognitive Agro Pilot" süni intellekt texnologiyalarına əsaslanan kənd təsərrüfatı texnikası (kombayn, traktor, çiləyici) üçün avtonom idarəetmə sistemidir ki, bu da mexanizatora işin keyfiyyətinə nəzarəti diqqət mərkəzində saxlamaqla, maşınların idarə edilməsini (və ya məhsul yığımı prosesini) robota həvalə etməyə imkan verir.
"Cognitive Pilot"un məlumatına görə, sürücüsüz kombayn məhsul itkisini 13%-ə qədər, həmçinin biçin vaxtını 25% azalda bilər.
"Qomselmaş kombaynlarında süni intellektin olması onların rəqabət qabiliyyətini artıracaq", - Zavodun İnkişafı üzrə direktor müavini Dmitri Mulyar deyib. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən varlı 10 müğənnisi
Az pulla hansı işi qurmaq olar?
CV-nin tərtib edilməsi prinsipləri
Bitcoin necə işləyir?
"iPhone 15" modelinin üstünlükləri