"Best Managed Companies Azerbaijan 2025" müsabiqəsinin qalibləri açıqlanıb

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" və "Deloitte Azərbaycan"ın birgə təşkilatçılığı ilə həyata keçirilən "Best Managed Companies Azerbaijan 2025" müsabiqəsi uğurla yekunlaşıb. 5 iyun tarixində keçirilən rəsmi təltifetmə mərasimində bu ilki qaliblərin adları ictimaiyyətə elan olunub.
Müsabiqənin əsas məqsədi Azərbaycanın özəl sektorunda fəaliyyət göstərən şirkətlərin strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə sabitliyi və sosial məsuliyyət sahələrində beynəlxalq səviyyədə dəyərləndirilməsi və bu sahələrdə qabaqcıl təcrübələrin tətbiqinə təşviq edilməsidir. Proqram çərçivəsində iştirakçılar "PAŞA Bank" və "Deloitte Azərbaycan"-un ekspert komandası tərəfindən dərin təhlil prosesindən keçərək, inkişaf üçün strukturlaşdırılmış tövsiyələr alıblar.

Münsiflər heyətinin qərarı ilə "Azərsun Holdinq", "METAK", "Norm Sement", "OBA Market" şirkətləri yüksək korporativ idarəetmə standartlarına, strateji inkişaf baxışına və dayanıqlı maliyyə modellərinə görə "Best Managed Companies" statusuna layiq görülüblər. Qalib şirkətlər beynəlxalq "Best Managed Companies" şəbəkəsinə daxil olaraq, qlobal biznes cəmiyyətində tanınmaq və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək imkanı əldə ediblər.

PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev tədbirdə çıxışı zamanı layihənin strateji əhəmiyyətini vurğulayıb.
"Azərbaycanda real sektorun davamlı inkişafı təkcə güclü maliyyə nəticələri ilə deyil, eyni zamanda institusional idarəetmə mədəniyyətinin formalaşması ilə birbaşa bağlıdır. Bu baxımdan, "Best Managed Companies" proqramı ölkəmizdə korporativ idarəetmənin inkişafına və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə mühüm töhfə verir.

Real sektorun etibarlı tərəfdaşı kimi PAŞA Bank artıq dörd ildir ki, bu təşəbbüsə dəstək göstərir. Biz inanırıq ki, hər bir uğurlu şirkətin əsasını təkcə maliyyə dayanıqlığı deyil, həm də strateji yanaşma, sosial məsuliyyət, insan kapitalına yönəlmiş investisiyalar və dəyərlərə əsaslanan idarəetmə təşkil edir.
Qalib şirkətləri səmimi-qəlbdən təbrik edirəm. Əminik ki, proqram çərçivəsində əldə olunan təcrübə onların uzunmüddətli inkişafına və ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verəcək"

Nuran Kərimov, "Deloitte Azərbaycan"ın İdarəedici Partnyoru, qalib şirkətlərin elan olunduğu tədbirdə çıxışı zamanı bildirib:
"Bu proqram Azərbaycanın biznes ekosistemində liderliyi və strateji düşüncə tərzini təşviq edir. Qaliblərin hər biri yalnız bugünkü nailiyyətlərinə görə deyil, həm də gələcəyə yönəlik vizyonları və dayanıqlı idarəetmə yanaşmaları ilə seçilir. "Deloitte" olaraq, bu təşəbbüs vasitəsilə ölkədə korporativ idarəetmənin inkişafına töhfə verməkdən və özəl sektorun beynəlxalq rəqabətə hazır olmasına dəstək olmaqdan qürur duyuruq."

Qeyd edək ki, "Best Managed Companies" layihəsi "Deloitte" şirkəti tərəfindən 33 il ərzində 47 ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Azərbaycanda PAŞA Bank və "Deloitte Azərbaycan"ın birgə təşkilatçılığı ilə keçirilən bu müsabiqədə iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

/ banker.az

Banklar     Tarix: 25 iyun 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun