Beynəlxalq Qaz İttifaqı LNG bazarına təzyiq edən amilləri açıqlayıb

Beynəlxalq Qaz İttifaqı LNG bazarına təzyiq edən amilləri açıqlayıbRusiyaya qarçı tətbiq edilən sanksiyalar, zavod avadanlıqlarının korynəlməsi, eləcə də Qırmızı dənizdə tanker gəmilərinə hücumlar dünyada mayeləşdirilmiş təbii qaz (LNG) qıtlığına səbəb ola bilər.
Bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) müvafiq hesabatında bildirilir.
Hesabata əsasən, dünyada LNG istehsal gücünün təxminən dörddə birinin 20 ildən çox yaşı var və bu, avadanlıqların dəyişdirilməsi ehtiyacını artırır.
Bundan əlavə, Asiya-Sakit Okean regionunda yanacağa artan tələbat və Qırmızı dənizdə daşıma ilə bağlı təhlükəsizlik riskləri qlobal LNG tədarük zəncirinə təzyiq göstərir və çatışmamazlıq ehtimalını daha da artırır.
Qeyd etmək lazımdır ki, 2 noyabr 2023-cü ildə ABŞ "Novatek"in "Arctic LNG 2" layihəsinə qarşı sanksiyalar tətbiq etdi və bu səbəbdən şirkət Cənubi Koreyada sifariş edilən buz sinifli qaz tankerlərini ala bilmədi.
2023-cü il dekabrın 12-də ABŞ LNG istehsalı üçün avadanlıq istehsal edən Rusiya müəssisələrinə, o cümlədən "Northern Technologies", "Kazankompressormash" və "Gazprom Linde Engineering" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Avropa İtiifaqı 2025-ci ilin yazından (doqquz aylıq keçid dövründən sonra) Rusiyanın mayeləşdirilmiş təbii qazının Avropa limanları vasitəsilə üçüncü ölkələrə tranzitinə məhdudiyyətlər tətbiq etdiyini elan edib. Həmçinin Aİ "Arctic LNG 2" və "Murmansk LNG" layihələrinin tamamlanması üçün investisiyalar, mal və xidmətlərin göstərilməsini qadağa edib. / banker.az

Xəbərlər     Tarix: 27 iyun 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler rubl mezenne birbank bu gunun xeberleri biznes xeberleri