"Binance Academy"nin Azərbaycanlı istifadəçiləri üçün - PULSUZ KURSLAR BAŞLAYIB

Binance, dünyanın aparıcı blokçeyn ekosistemi və ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası və onun təhsil bölməsi olan Binance Academy, Azərbaycandan olan istifadəçilər üçün "Kriptoməktəb" adlı təhsil layihəsi çərçivəsində qabaqcıl kursun başladığını elan edir.
FED.az xəbər verir ki, "Kriptoməktəb" layihəsi 2024-cü ilin əvvəlində istifadəyə verilib və yeni başlayan istifadəçilərə blokçeyn və kriptovalyutalar haqqında biliklər vermək məqsədi daşıyıb. Layihədə MDB ölkələrindən 1000-dən çox insan iştirak edib.
Yeni kursun əsas məqsədi "Kriptoməktəb" çərçivəsində blokçeyn texnologiyası, mərkəzsiz tətbiqlər (DApps), mərkəzsiz maliyyə (DeFi), NFT, kriptoticarət və bir çox digər sahələrdə daha dərin biliklər verməkdir. Kurs 70 moduldan ibarətdir və 22 oktyabr 2024-cü il tarixindən 22 noyabr 2024-cü il tarixinədək davam edəcək. Kursa Binance istifadəçisi olan istənilən şəxs qoşula bilər və təhsil təşəbbüsü tamamilə ödənişsizdir. Kursun sonunda iştirakçılara sertifikat veriləcək. Təhsil təşəbbüsü çərçivəsində bütün iştirakçıları tapşırıqları yerinə yetirdikləri üçün mükafatlar, həmçinin iPhone 15 və Airpods Pro Max hədiyyələrinin püşkü gözləyir. Ətraflı məlumat üçün linkə keçid edin.
"Bizim təhsil təşəbbüslərimiz rəqəmsal aktivlərin geniş yayılmasına yönəlmiş strategiyamızın əsasını təşkil edir. Azərbaycan kriptovalyutaların qəbulu sürətinə görə aparıcı mövqelərdədir və biz istifadəçilərə blokçeyn texnologiyası və kriptovalyutalar haqqında dərin və müasir biliklər təmin etməyə çalışırıq", — deyə Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının rəhbəri Kirill Xomyakov qeyd edib. "Kriptoməktəb" kimi layihələr regionda kriptosavadlılığın formalaşmasına töhfə verir, istifadəçilərə rəqəmsal aktivləri gündəlik həyata inamla inteqrasiya etməyə kömək edir, bununla yanaşı, təhlükəsizlik və tənzimləmə ilə bağlı mürəkkəb aspektləri daha yaxşı anlamalarını təmin edir."
Binance haqqında
Binance, rəqəmsal aktivlərin ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası da daxil olmaqla, geniş çeşidli maliyyə məhsulları təklif edən, dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısıdır. Dünyanın hər yerində milyonlarla insanın etibar etdiyi Binance platforması, istifadəçilərin maliyyə azadlığını artırmaq üçün yaradılıb və ticarət və maliyyə, təhsil, data və araşdırmalar, xeyriyyəçilik, investisiyalar və inkubasiya, mərkəzsizləşdirmə və daha bir çox kriptovalyuta məhsulları və həllərini özündə cəmləyən geniş xidmət portfeli təklif edir.
Ətraflı məlumat üçün: https://www.binance.com
Binance Academy haqqında
Binance Academy — blokçeyn və kriptovalyutalar üzrə aparıcı təhsil platformasıdır və 800-dən çox məqalə və lüğət, eləcə də blokçeyn, kriptovalyutalar, Web3 və digər mövzularda kurslar təqdim edir. 2018-ci ildə istifadəyə verilmiş bu platforma, dünya üzrə 30-dan çox dildə milyonlarla iştirakçılara xidmət edir. Binance Academy-nin təhsil təşəbbüslərinə "Oxu və qazan", universitetlərlə əməkdaşlıq proqramları, "Tələbə Səfiri" proqramı, eləcə də aparıcı onlayn təhsil platformaları, peşəkar assosiasiyalar və sənaye ittifaqları ilə tərəfdaşlıqlar daxildir.

Kriptovalyuta     Tarix: 25 oktyabr 2024

Oxşar xəbərlər

"Bitcoin" bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"

"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. "Pubg" və "Clash of clans" hesabini və bitkoini miras qoymaq olacaq - ÇİND

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlayır. Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək. xəbər verir ki, bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyala

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "Binance" şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


iqtisadi xeberler dollar kursu investisiya bitkoin almaq bitkoin