"Binance" çirkli pulların yuyulmasına görə ABŞ-yə $4.3 milyard ödəyəcək

ABŞ-nin Sietl (Vaşinqton ştatı) məhkəməsi "Binance" kriptovalyuta birjasının iqtisadi cinayətlərə görə ölkə hakimiyyətinə 4,3 milyard dollar ödəyəcəyi müqaviləni təsdiqləyib. Bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
2023-cü ilin noyabrında ABŞ səlahiyyətliləri "Binance" kriptovalyuta birjasına "Bank sirri haqqında" Qanunu pozduğuna, çirkli pulların yuyulmasına, lazımi qeydiyyatın olmamasına və sanksiyalardan yayındığına görə 4,3 milyard dollar ödəmək barədə qərar qəbul edib. Şirkət təqsirini etiraf edib və göstərilən məbləği ödəməyə razılaşıb. "Bu, şirkətin etikasının tamahkarlıqla pozulduğu bir işdir", – agentlik sövdələşməni təsdiqləmək üçün keçirilən iclasda hakim Riçard Consun sözlərini sitat gətirib.
Müqavilənin şərtlərinə görə, kriptovalyuta birjasına da beş il ərzində müstəqil firma nəzarət edəcək.
ABŞ-nin Ədliyyə Nazirliyi "Binance"nin təsisçisi və baş direktoru Çanpen Çjaonun çirkli pulların yuyulmasına qarşı effektiv proqramını həyata keçirməməkdə təqsirini etiraf etdiyini bildirib. Çanpen Çjao "Binance"nin baş direktoru vəzifəsini tərk edib və onun yerinə regional bazarların keçmiş rəhbəri Riçard Tenq təyin olunub.
"Bloomberg" qeyd edib ki, Çjaonun il yarım həbs cəzası alacağı və təxminən 50 milyon dollar cərimə ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, "Binance" kriptovalyuta birjası dünyanın rəqəmsal aktivlərin ticarəti üçün aparıcı sistemidir. 2017-ci ildə çinli Çanen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri "Binance" veb-saytını və mobil tətbiqini bloklayıblar ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı olub. / banker.az

Kriptovalyuta     Tarix: 26 fevral 2024

Oxşar xəbərlər

DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi ilə bağlı cinayət əməllərinin aşkar edildiyini bildirib. DTX-nin Mətbuat xidmətinin məlumatın

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

Bitcoin dəyər itirdi

Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib. xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də AB

"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ciddi bahalaşma qeydə alınıb.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,84% bahalaşaraq 85 412,1

Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?

Kriptovalyuta əməliyyatları ilə əlaqədar fəaliyyət sahibkarlıq, yoxsa qeyri-sahibkarlıq fəaliyyəti sayılır? Ümumiyyətlə, bu fəaliyyət növü ilə bağlı vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta ödənişlər

"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

Kriptobirjada "dalğalanma" davam edir - "Bitcoin" 76 min dollara kimi ucuzlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində əsas koinlər dəyər itirib. "Bitcoin" 2025-ci ilin aprelindən bəri ilk dəfə 75 min dollardan aşağı düşdü - SON QİYMƏT. biznes və maliyyə xəbərləri portalı "CoinMarketCap"


iqtisadi xeberler dollar mezenne telefonla pul qazanmaq dollar kursu 1000 manatla biznes