Binəqədi rayonunda "12 Avqust Beynəlxalq Gənclər günü" münasibətilə tədbir keçirilib
11 avqust 2022-ci il tarixində Binəqədi rayonunda "12 Avqust Beynəlxalq Gənclər" günü münasibətilə tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Millət vəkili Səbinə Xasayeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsin direktoru Günel Həsənova,Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, Vətən müharibəsi iştirakçısı qazi Ceyhun Sədrayev, Vətən müharibəsi qəhrəmanı şəhid Polkovnik-leytenant Anar Şükürovun oğlu fəal gənc Ümid Şükürlü və fəal gənclər iştirak etdilər.
Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edildikdən və Dövlət himninin səslənməsindən sonra açıq elan olunub.
Açılış nitqi ilə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva qonaqları salamlayıb, gənclərin bayramını təbrik etdi və bildirdi ki, ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, bütün sahələrdə gənclərin iştirakına təkan vermək məqsədilə geniş imkanlar yaradılıb.
Daha sonra çıxış edən Səbinə Xasayeva çıxışında Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunduğunu, 1998-ci ildən hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunduğunu bildirdi və gənclərə uğurlar arzulayıb.
Çıxış edən Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov qonaqları salamlayıb. Daha sonra bildirmişdir ki, Azərbaycan bir çox sahədə olduğu kimi, bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlamışdir.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında bildirdi ki, xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov "12 Avqust Beynəlxalq Gənclər" günü münasibətilə gəncləri təbrik edib, uğurlar arzuladılar.
Sonda çıxış edən Vətən müharibəsi qəhrəmanı şəhid Polkovnik-leytenant Anar Şükürovun oğlu fəal gənc Ümid Şükürlü və Vətən müharibəsi iştirakçısı Qazi Ceyhun Sədrayev bildirdilər ki, Dövlətimizin hər sahədə şəhid ailələri, qazilər və gənclərə göstərdiyi diqqət və qayğı danılmazdır.
Tədbir öz fəaliyyətləri ilə fərqlənən bir qrup gəncin təltif olunması və bədii hissə ilə davam edib.





Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
CV hazırlayarkən buraxılan 5 səhv
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın ən bahalı restoranları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt