Birinci xanımlar Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

Birinci xanımlar Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublarMayın 30-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İsrail Dövlətinin birinci xanımı Mixal Hersoq Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.
KONKRET.az xəbər verir ki, ziyarət zamanı kompleks və Qala kəndinin qədim tarixi barədə məlumat verilib.
Bildirilib ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksinin ərazisində ölkəmizə, xüsusilə də Qala kəndinə və Abşeron yarımadasına xas arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub.
Muzey kompleksində qədim yaşayış məskənləri, kurqanlar, digər memarlıq abidələri ilkin görkəmində olduğu kimi nümayiş etdirilir. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim evlər və məişətdə istifadə olunan əşyalar daha çox diqqət çəkir.
Qonağa Azərbaycanın ənənəvi sənət növləri olan dulusçuluq, dəmirçilik, xalçaçılıq və ipəkçilik barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, keçmişdə Qala kəndində bir sıra sənət sahələri inkişaf edib. Bu ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilən saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır.
Kompleksdəki toy evi diqqəti xüsusilə cəlb edib. Xalça və döşəklərlə bəzədilmiş bu geniş otağın hər iki tərəfində qapının olması evin havasının təmizliyinə və sərinliyinə imkan yaradır.
Muzey kompleksindəki tacir evi haqqında məlumat verilərkən bildirilib ki, bu ev kəndin ilk ikimərtəbəli evlərindən biridir. Burada çörəkçilik adət-ənənəsi ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, Qala kəndinin sakinləri qədim zamanlardan heyvandarlıqla da məşğul olublar. Qala kəndində taxılçılığın çox geniş inkişaf etdiyi barədə məlumat verilib, əl dəyirmanı vasitəsilə unun hazırlanması prosesi nümayiş olunub.
"Tullantıdan sənətə" muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, bu mədəniyyət ocağı 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC tərəfindən yaradılıb. Burada nümayiş olunan əsərlər insanların lazımsız hesab etdikləri tullantılardan hazırlanıb. Muzeydə müxtəlif ölkələrdən Azərbaycana dəvət olunmuş sənətkarlar tərəfindən tullantılardan yaradılmış əsərlər sərgilənir.
Komplekslə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İsrailin birinci xanımı Mixal Hersoq çay süfrəsi arxasında söhbət ediblər.

Xəbərlər     Tarix: 30 may 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler telefonla pul qazanmaq bitcoin qiymeti depozit faizleri kripto