Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətEUR
Ötən həftənin cümə axşamı günü FED 1-2 noyabr tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını dərc edib.
Uçot dərəcəsinin 75 baza bəndi artırılaraq 3.75-4.00% aralığına qaldırıldığı son iclasın protokollarında qarşıdakı iclaslarda faiz artımı tempinin aşağı düşə biləcəyinə dair siqnallar diqqət çəkdi.
Ötən həftə birjalar FED-in dekabr toplantısında uçot dərəcələrini 75% ehtimalla 0.50%, 25% ehtimalla isə 0.75% artıracağı proqnozlarını qiymətləndirir. Bu isə dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu.
Lakin bu həftə Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya rəqəmləri, Amerikada dərc olunacaq ÜDM-in həcmi və "NFP" göstəricisi Dollar İndeksində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Nəticələr proqnozları üstələyərsə, dollar indeksində eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər. Təhlillərə əsasən dollar indeksi 108 bənd həddindəki müqavimət həddi qırılsa, EURUSD və GBPUSD cütlüklərində trend enişə doğru dəyişə bilər.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq sənaye sektorunda biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. GBPUSD cütlüyündə qiymətlər 1.2100 müqavimətini qıra bilməsə, funt-sterling dollar qarşısında ucuzlaşa bilər. Əgər 1.2100 həddi yuxarıya doğru qırılarsa, artım tendensiyası davam edə bilər.
TRY
Ötən həftənin cümə axşamı keçirilən toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcələrini 10.50%-dən 9.00%-ə endirsə də, valyuta bazarlarında dolların təklifinin çoxluğu səbəbilə lirədə kəskin ucuzlaşma müşahidə olunmadı. USDTRY cütlüyü son 2 aydır müşahidə olunan üfüqi tendensiyasını davam etdirir.
GOLD
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb qorunur. Ötən həftənin sonu 1745$-a kimi ucuzlaşsa da, buradan dəstək alaraq 1754$ həddinə kimi bahalaşdı. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi bahalaşa bilər. Dollar indeksi 108 bənd həddi üzərində möhkəmlənərsə, qızıl yenidən 1720$-a kimi  ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler valyuta kurslari dollar kursu bitkoin biznes qurmaq