Bitcoin 2021-ci ilin noyabrından bu tərəfə maksimum səviyyə olan $57 000-ə çatıb

Bitcoin 2021-ci ilin noyabrından bu tərəfə maksimum səviyyə olan 000-ə çatıbBir analitikin "misilsiz" kimi təsviri ardından Bitcoin-in qiymətləri bu gün yüksələrək 2021-ci ilin noyabr ayından bəri maksimuma çatıb.
Banker.az xəbər verir ki, "Coinbase" məlumatlarına görə, Bakı vaxtı ilə 06.00 radələrində kriptovalyuta $57 000-i keçsə də, sonradan bir qədər düşməklə $56 000 olub.
Hazırda Bitcoin-in qiymətinin 60 min dolları aşa bilməsi real görünür. Rəqəmsal pulun dəyərinin tarixi maksimumu 2021-ci ilin noyabrındakı 68 000 dollardır. İndi bazar bunun hansı səviyyəyə qədər yüksəlməsini yaxından izləməkdədir.
Bu bahalaşma ardından digər kriptovalyutalar da bahalaşıb. Məsələn, bazar kapitalizasiyasına görə, ikinci ən böyük kriptovalyuta Etherium bu gün 10% bahalaşaraq 3 214 dolları ötüb.
Bazarda qiymətləri hazırda bir neçə faktor dəstəkləməkdədir. Buna səbəb iri mərkəzi bankların əvvəlkindən daha pozitiv qəbul etməsi və iri təşkilatların aktivlərinə kriptovalyuta alışlarını davam etdirməsidir. Məsələn, dünən "Micro Strategy"nin əlavə 3 000 Bitcoin (155 milyon dollar) aldığı mediada açıqlandı.
"Mart ayında hər hansı maddi düzəliş baş verməzdən əvvəl bitcoin 58 min dollara və ya 60 min dollara qədər yüksələ bilər", – deyə "Emerging Assets Group"un direktorlarından biri Vilyam Nobl bildirib.
O bildirir ki, Federal Ehtiyat Sisteminin kredit təşkilatlarına əlavə likvidlik vermək üçün nəzərdə tutulmuş Bank Müddətli Maliyyələşdirmə Proqramının martın 11-də başa çatması planlaşdırılır.
Bitcoin-in dəyəri 2024-cü ilin yanvarının sonu 40 min dolların altında idi.
Bitcoin 2021-ci ilin noyabrından bu tərəfə maksimum səviyyə olan 000-ə çatıb

Kriptovalyuta     Tarix: 27 fevral 2024

Oxşar xəbərlər

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

Bitcoin bahalaşdı

Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u

"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i

"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

Bitcoin dəyər itirdi

Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib. xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də AB


iqtisadi xeberler dollar mezenne telefonla pul qazanmaq dollar kursu 1000 manatla biznes