"Bitcoin" ABŞ-də inflyasiya məlumatlarından sonra 50 min dollardan aşağı düşüb
ABŞ-də yanvar ayı üçün inflyasiya məlumatlarının dərcindən sonra "Bitcoin"in məzənnəsi 50 min dollardan aşağı düşüb. Dünyanın ən populyar kriptovalyutasının qiyməti fevralın 13-də günortadan sonra aparıcı birjalarda 50 min dollardan aşağı olub. "CoinGecko"nun məlumatına görə, Bakı vaxtı ilə saat 19:15-də "Bitcoin" 48.5 min dollara satılıb, hazırda rəqəmsal valyuta 49.5 min dollara ticarət edilir.
İki gün öncə "Bitcoin"in məzənnəsi 2024-cü ilin ən yüksək səviyyəsini yeniləyib. Fevralın 12-də axşam saatlarında kriptovalyutanın qiyməti qısa müddətə 50 min dolları keçib.
ABŞ-də inflyasiya dekabrda 0.2%-dən yanvarda 0.3%-ə yüksəlib və bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini təxirə sala biləcəyi ilə bağlı arqumentləri gücləndirib. Fevralın 13-də günortadan sonra dərc edilən məlumatlar ABŞ-də istehlak qiymətləri indeksinin (CPI) yanvarda daha da azalacağını və dekabrdakı 3.4% ilə müqayisədə 2.9% təşkil edəcəyini gözləyən analitiklərin proqnozları ilə üst-üstə düşməyib.
İnflyasiya göstəriciləri FED-in pul siyasətinə təsir göstərir. Uçot faiz dərəcəsi proqnozlarını izləyən "CME Group"un "Fed Watch Tool" alətinə görə, 13 fevral çərşənbə axşamı günü inflyasiya məlumatları açıqlanmazdan əvvəl FED-in mart ayında uçot dərəcəsini endirmə ehtimalı 15.5% olub. Bir ay əvvəl bu rəqəm 75%-dən çox idi ki, bu da bazar əhval-ruhiyyəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir. / banker.az
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
Bitcoin bahalaşdı
Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u
"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb
Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
Bitcoin dəyər itirdi
Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib. xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də AB