"Bitcoin" məzənnəsi 2021-ci ilin dekabrından bəri ilk dəfə 50 min dolları ötüb
12 fevral 2024-cü il tarixli ticarət zamanı "Bitcoin" məzənnəsi "Coindesk" və "Binance"in məlumatlarına görə 50 min dolları ötüb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
Xatırladaq ki, 11 yanvar 2024-cü ildə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) "Bitcoin"ə investisiya edən 11 birja fondunun (ETF) səhmlərinin siyahısını təsdiqləyib. Bu cür qiymətli kağızların alınması insanlara BTC-yə birbaşa sahib olmadan pul yatırmağa imkan verir.
"Bloomberg" qeyd edir ki, "Bitcoin" sonuncu dəfə 2021-ci ilin dekabrında 50 000 dollara olub. Bütün ticarət tarixində kriptovalyutanın maksimum məzənnəsi 69 min dollar təşkil edib.
2022-ci ildə "TerraUSD" steyblkoinin və "FTX" kriptovalyuta birjasının çökməsi fonunda "Bitcoin"in qiyməti 75% azalaraq 16 min dollara düşüb. 1 oktyabr 2023-cü ilə qədər qiymət 27 min dollara qədər artıb və ilin sonuna qədər SEC-in "Bitcoin ETF"ni təsdiqləmək qərarına dair gözləntilər fonunda 42 min dollara yüksəlib.

"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"