Bitcoin son iki ilin maksimumuna çatdıqdan sonra bazar dəyəri $1 trilyonu keçib

Bitcoin son iki ilin maksimumuna çatdıqdan sonra bazar dəyəri uploads/news/1707978998_61b301d6c38044d51d45dc9e3e50c0db.jpg trilyonu keçibBu gün ABŞ-nin spot bitcoin ETF-lərinin artan uğuru investorların əhval-ruhiyyəsini daha müsbət hala gətirdiyi üçün Bitcoin-in (BTC) bazar kapitalı 1 trilyon dolları ötdü.
Banker.az Coin Metrics-in məlumatlarına istinadən xəbər verir ki, ən populyar kriptovalyuta BTC bu gün daha 6 faiz dəyər qazanaraq $52 269 olub. Bu da 2021-ci ilin dekabrından bu tərəfə maksimum göstəricidir. Hazırda onun bazar dəyəri $1.025 trln.-dur.
Keçən ayın əvvəlində bazar əhval-ruhiyyəsinə təsir edən Grayscale Bitcoin ETF-dən (GBTC) çıxışlar xeyli azaldığından, bu hərəkət qismən ABŞ-də yeni istifadəyə verilmiş spot bitcoin ETF-ləri sayəsində bitcoinə olan tələbatın artması ilə əlaqədardır.
CryptoQuant məlumat provayderinə görə, 11 yanvarda ticarətə başlayandan bəri fondlar vasitəsilə bitcoin bazarına təxminən 9.5 milyard dollar yeni pul daxil olub. Son iki həftə ərzində bitcoin-ə yatırılan yeni pulların 71%-dən çoxu GBTC daxil olmaqla spot ETF-lərdən yaranıb.
Kapitallaşmasına görə ikinci ən iri kripto etherium 24 saat ərzində 6.15% artaraq $2 792 olub.
Bitkoin artımı ilə əlaqədar olaraq bu sahədə fəaliyyətdə olan şirkətlərin səhmləri də yüksəldi. Ticarət platforması "Coinbase" 14%, bitcoin proksisi sayılan "Microstrategy" isə 12% artım nümayiş etdirib. "Miners Iris Energy" və "CleanSpark" müvafiq olaraq 20% və 12%, "Marathon Digital" və "Riot Platform" isə hər biri 14% yüksəldi.
Bitcoin 2023-cü ildə 157% yüksəlib. Bu isə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bitcoin mübadiləsi fondlarını və ya ETF-ləri təsdiqləməsi gözləntiləri nəticəsində baş verib.

Kriptovalyuta     Tarix: 15 fevral 2024

Oxşar xəbərlər

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı

Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"

"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,57% azalaraq 82 815,3


iqtisadi xeberler kripto rubl mezenne dollar mezenne bank faizleri