"Bitcoin" ticarəti ilin birinci yarısında 4.2 trln. dolları ötüb
"CoinMarketCap"ın məlumatına görə, ilin birinci yarısında bitkoin ticarətinin həcmi 4.27 trilyon dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövründə qeydə alınan 5.12 trilyon dollardan xeyli aşağıdır.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
2022-ci ildə kriptovalyuta bazarı üçün çətin olan dövrdən sonra investorların rəqəmsal pul ticarətinə marağı 2023-cü ilin əvvəlində bərpa olunmağa başlayıb. Bununla belə, mart ayında pik həddə çatdıqdan sonra (təxminən 1.2 trilyon dollar) ən populyar kriptovalyutanın ticarət həcmi nəzərəçarpacaq dərəcədə azalıb. İkinci rübdə ticarətin orta aylıq həcmi 481.8 milyard dollar olub. Müqayisə üçün: keçən il eyni dövr üçün aylıq ticarət həcmi heç vaxt 830 milyard dollardan aşağı düşməyib, 2022-ci ilin mayında isə 1.09 trilyon dollara çatıb.
Ümumiyyətlə, investorların aktivliyi bitkoinin qiymətinin artması ilə əlaqələndirilir. Belə ki, bu ay ticarət həcmi ötən illə müqayisədə 43.5% artıb.
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb
Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i
Bitcoin-in qiyməti 60 min dollara düşdü
Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib. bizne
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14