"Bloomberg": Almaniya Avropada liderliyini itirə bilər
Almaniya Avropada uzun illər saxladığı lider mövqeyini itirə bilər. Bu fikri "Bloomberg"in jurnalisti Mariya Tadeo səsləndirib. Onun sözlərinə görə, enerji böhranı və Almaniyanın Rusiya karbohidrogenlərindən asılılığı Avropa İttifaqında liderliyi itirməsinə gətirib çıxarır və bu şəraitdə cənub ölkələri, o cümlədən İspaniya Avropada liderliyi ələ keçirə bilər.
Banker.az bu barədə "TASS"a istinadən xəbər verir.
"Berlin şokla mübarizə apararkən, Avropanın cənubu özünəgüvəni artırır", – deyə Mariya Tadeo yazır.
"Güclər balansında dəyişiklik, əgər bu, daha yaxşı qərar qəbul etmə prosesinə gətirib çıxararsa, Brüssel tərəfindən alqışlanmalıdır", – jurnalist yekunlaşdırır.
Daha əvvəl "Bloomberg", adının açıqlanmasını istəməyən yüksək rütbəli alman məmuruna istinadən xəbər vermişdi ki, Aİ birliyi bu qış kəskin qaz çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə zəifləyə bilər.
Belə ki, "bir sıra texniki çətinliklərlə, xüsusən də mayeləşdirilmiş təbii qaz üçün infrastrukturun olmaması ilə üzləşən Almaniya qaz almaq üçün 15 milyard avro vəsait ayırıb". Agentlik qeyd edir ki, Berlinin hərəkətləri Aİ tərəfdaşlarını qıcıqlandırıb, çünki onlar yanacağın qiymətlərinin artmasına töhfə veriblər.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları