BOKT "ASET Maliyyə Texnologiyaları" zərərini 2 dəfə azaldıb
Bank Olmayan Kredit Təşkilatı "ASET Maliyyə Texnologiyaları" MMC 2023-cü ili 40 min manata yaxın xalis zərər ilə başa vurub. Təşkilat 2022-ci ili 81 min manat xalis zərər ilə bağlamışdı. Zərərin azalması gəlirlərin artması ilə əlaqədardır.
Marja.az Təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "ASET Maliyyə Texnologiyaları"nın faiz və komissiya gəlirləri 2022-ci ildə 3 min 428 manat ikən, 2023-cü ildə 35 min 980 manata yüksəlib (10,5 dəfə artıb).
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
31 dekabr 2023-cü il tarixində "ASET Maliyyə Texnologiyaları"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 151 min manata çatıb. 2022-ci ilin sonunda Təşkilatın kredit portfeli 84 min manat təşkil etmişdi.
Bank Olmayan Kredit Təşkilatı "ASET Maliyyə Texnologiyaları" MMC-də 100% payçı Bağırov Elçin Hüseyn oğlu dur.



"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları