BP AÇG-də yeni quyu qazılmasının hasilata təsir göstərməyəcəyini bildirib
"Azəri-Çıraq-Günəşli" (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun birbaşa qazılmasına cari ilin fevral ayında start veriləcək.
Bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
Xatırladaq ki, bir gün əvvəl AÇG layihəsinin operatoru olan BP şirkəti AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlanıldığını elan edib. A22z adlanan bu quyu "Çıraq" platformasından qazılacaq və mövcud A22 injektor quyusundan (su vurma quyusu – red.) yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq.
Tamam Bayatlının sözlərinə görə, qazmaya hazırlıq işlərinə bu ilin yanvarın 15-dən başlanılıb və hazırda injektor quyusunun lazım olmayan (aşağı hissəsinin – red.) hissəsinin betonlanması işləri aparılır. Hazırlıq işlərinin 20 gün ərzində aparılması planlaşdırılıb.
"Hazırlıq işləri bitdikdən sonra quyunun qazılmasına start veriləcək. Quyunun qazılmasına fevral ayının əvvəlində başlanılacaq", – "BP-Azerbaijan" nümayəndəsi qeyd edib.
O əlavə edib ki, quyunun ümumi dərinliyi mövcud quyunun lazım olan üst hissəsi və yeni qazılacaq hissə ilə birlikdə 4 500 metr təşkil edəcək.
Tamam Bayatlı vurğulayıb ki, quyunun qazılması işləri "Çıraq" platformasında hasilat prosesinə heç bir təsir göstərməyəcək: "Belə ki yan lülənin qazılması üçün hasilata təsir göstərə bilməyəcək injektor quyusu seçilib".
Məlumata əsasən, əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək. Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub. / banker.az
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar
Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq
Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi