BP qlobal neft və qaz qiymətlərinin yüksək volatillik vəziyyətində qalacağını gözləyir
Böyük Britaniyanın BP şirkəti yaxın aylarda neft və qaz qiymətlərinin tarixi yüksək dəyişkənlik vəziyyətində (volatil) qalacağını gözləyir.
Bunu BP-nin baş icraçı direktoru Bernard Luni (Bernard Looney) bildirib.
O, regional qaz ehtiyatlarının hazırda mövsümi səviyyədən yüksək olmasına baxmayaraq, Rusiya-Ukrayna münaqişəsi sonunda 20% azaldıqdan sonra bu qış Avropanın təbii qaza tələbatının bərpası ehtimalına xüsusi işarə edib.
Bernard Luninin sözlərinə görə, çox güman ki, qlobal neft qiymətləri artan tələb, "OPEC+" razılaçması çərçivəsində (Azərbaycanın iştirakçısı olduğu OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nizam-intizamının artması və qısa və ortamüddətli perspektivdə ABŞ-da hasilat artımının yavaşlaması ilə dəstəklənəcək.
Bundan əlavə, BP-nin rəhbəri gündəlik qlobal neft tələbatının bu il 2 mln. bareldən çox, gələn il isə 1 mln. bareldən çox artacağını gözlədiyini söyləyib.
Qeyd edək ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır. / banker.az
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind