"Bravo" yarım ili böyük zərərlə başa vurub – 5-Cİ İLDİR ZƏRƏRDƏDİR -  HESABAT

Azərbaycanın ən böyük ticarət şəbəkələrindən olan və son illər sürətlə böyüyən "Bravo"nun sahibi "Azərbaycan Supermarket" MMC şirkəti 2022-ci ilin ilk yarısı üzrə hesabatını açıqlayıb. 
FED.az xəbər verir ki, şəbəkə yarım ili böyük zərərlə başa vurub. 
Hesabata əsasən hesabat dövründə şirkətin satışdan gəlirləri 311,1 milyon manat olub. 
Satış xərcləri isə 254,2 milyon manat olub. Nəticədə ilk 6 ayda şirkətin satış mənfəəti 56,9 milyon manat. 
Bu dövrdə şirkətin satış, ümumi və inzibati xərcləri 66,1 milyon manat təşkil edib. Bu xərclərə "Bravo" mağazaları kimi fəaliyyət göstərən obyektlərin icarəsi üçün MRE LLC şirkətinə ödənilən icarə haqları - 6,8 milyon manat da aiddir. 
Digər xərcləri 533 min manat olub. Nəticədə "Bravo" şəbəkəsi yarım ili, 9,7 milyon manat əməliyyat zərəri ilə başa vurub. 
Bundan başqa, ilk yarım il ərzində "Bravo"nun 13,6 milyon manat maliyyə xərcləri olub – bunun 11,9 milyon manatı şirkətin öz təsisçilərindən aldığı faizsiz kreditlər üzrə ödənişləri əks etdirir. 
Nəhayət, 12,8 milyon manatlıq xərc əmlak və avadanlıqların amortizasiyasına xərclənib. 
Nəticədə şirkət yarım ili 36,1 mmilyon manat zərərlə başa vurub. 
Xatırladaq ki, artıq 5-ci ildir ki, zərərlə işləyir. Belə ki, "Azərbaycan Supermarket" MMC-nin hesabatlarına əsasən, şirkət 2018-ci ildə 43 milyon 646 min manat, 2019-cu ildə 41 milyon 776 min manat, 2020-ci ildə 46 milyon 929 mir manat, 2021-ci ildə isə 65 milyon 006 min manat, 2022-ci ilin 1-ci yarısında isə, qeyd edildiyi kimi, 36 milyon 133 min manat zərər edib. 

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler bitkoin almaq bitkoin dollar manat kursu kicik biznes