Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır"Böyük Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır".
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
"Azərbaycanın İKT sektoru güclüdür və inkişaf etməyə davam edir. Buna texnologiyanın mənimsənilməsinin, texnologiyadan istifadə edən əhalinin, elektron hökumət təşəbbüslərinin, eləcə də rəqabət qabiliyyətini artırmaq üçün dövlət və özəl sektor investisiyalarının artan səviyyəsi təsir edir. Britaniyanın texnologiya şirkətləri artıq bu sahədə yerli şirkətlərlə əməkdaşlıq edir. Məqsədimiz bu əməkdaşlığı genişləndirmək və Britaniyada Azərbaycan bazarının imkanları haqqında məlumatlılığı artırmaqdır", – səfir vurğulayıb.
Onun sözlərinə görə, Britaniyanın texnologiya şirkətləri artıq dekabr ayında dünyanın müxtəlif ölkələrindən texnologiya ekspertlərini bir araya gətirən illik Azərbaycan İnnovasiya Sammitində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
"Bu il biz Britaniyanın aparıcı kiberşirkətlərindən spikerləri dəvət edərək kiberkonfrans təşkil etməyi planlaşdırırıq. Kibertəhlükəsizlik və İT təhlükəsizliyi məsələləri ilə məşğul olan təhsil müəssisələri və universitetlər Azərbaycanda birgə proqramlar yaratmağa hazırdırlar", – F.Auld əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz. / banker.az

Xəbərlər     Tarix: 06 may 2023

Oxşar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler bitkoin dollar məzənnəsi kicik biznes biznes xeberleri