Britaniya bankları Ukrayna ilə ticarət edən şirkətlərin hesablarını BLOKLAYIR
Böyük Britaniya bankları Ukrayna ilə ticarət aparan İngiltərə şirkətlərinin hesablarını bloklayır.
KONKRET.azxəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bu, çirkli pulların yuyulması ilə bağlıdır.
"Ukrayna ilə hətta bir əməliyyatın aparılması hesabların bağlanmasına səbəb ola bilər. Əgər şirkət Ukrayna ilə hər hansı ticarət formasını nəzərdən keçirirsə, banklar hesab açmaqdan belə imtina edirlər", – Britaniya-Ukrayna Ticarət Palatasının həmsədri Beyt Tomsun yazdığı məktubda deyilir.
Onun sözlərinə görə, təşkilat hesabları bloklanan firmalardan artıq bir neçə şikayət alıb.
Toms bildirib ki, bu şirkətlərə "HSBC" və "Santander" kimi böyük maliyyə qurumları tərəfindən xidmət göstərilib.
Qəzet yazır ki, Britaniya bankları antikorrupsiya qanunlarına tabedir. Bu qanunlar uzun müddətdir ki, Ukraynanı antikorrupsiya tədbirləri baxımından müştəri əməliyyatları üçün risk siyahısına salıb. Maliyyə institutlarının nümayəndələri də bildirir ki, banklar Ukrayna ilə ticarəti qadağan etmir, lakin onlar tam yoxlanılana qədər əməliyyatları təsdiq etmirlər.
İqbal Rzayev,
KONKRET.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə