Britaniyada yüksələn inflyasiya çoxsaylı tətillərə səbəb olub

Britaniyada yüksələn inflyasiya çoxsaylı tətillərə səbəb olubBöyük Britaniyada yüksələn inflyasiya çoxsaylı tətillərə səbəb olub.
Ölkədə inflyasiyanın təsiri ilə artan yaşayış xərcləri, enerji və yanacaq qiymətlərinin artması həm dövlət, həm də özəl sektorda bir çox müəssisələrdə tətilin bağlanmasına gətirib çıxarıb.
Nəqliyyat işçiləri, yanğınsöndürənlər, həkimlər, tibb bacıları, müəllimlər, poçt işçiləri, hava limanı işçiləri, ali təhsil işçiləri, hüquqşünaslar və telekommunikasiya mühəndisləri qarşıdakı aylarda tətil edə biləcəklərini elan ediblər.
İyun ayında İngiltərə, Şotlandiya və Uelsdə dəmiryol işçiləri 4 faizlik artım təklifinin və işdənçıxarma tələblərinin qəbuledilməz olduğunu iddia edərək, son 30 ilin ən böyük tətilini keçiriblər. Bu tətildə 40 mindən çox işçi iştirak edib, lakin danışıqlar nəticəsiz qalıb və dəmiryolçular yenidən tətilə başlayacaqlarını elan ediblər.
Digər tərəfdən, Rabitə İşçiləri Həmkarlar İttifaqı tərəfindən təmsil olunan "British Telecom" telekommunikasiya şirkətinin 40 mindən çox işçisi 29 iyul və 1 avqustda tətil edəcəklərini açıqlayıb.
Rabitə İşçiləri Həmkarlar İttifaqının təmsil etdiyi başqa bir sektor olan "Kral Poçt Xidməti" üzvlərinin 97.6 faizi tələb etdikləri maaşların qəbul edilmədiyi təqdirdə tətilə gedəcəklərini bildiriblər.
Böyük Britaniyanın ən böyük təhsil birliklərindən biri olan və təxminən 450 min üzvü olan Milli Təhsil Birliyi son həftələrdə müəllimlər üçün 3 faiz artım təklif edildikdən sonra tətilə başlayacaqları barədə xəbərdarlıq edib.
Onlar maaşlarının artırılmasını, iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.
Qeyd edək ki, ölkədə illik inflyasiya iyun ayında 9.4 faizə yüksəlib, bu da 1982-ci ilin fevralından bəri ən yüksək səviyyədir. İngiltərə Bankı yaxın aylarda inflyasiyanın 11 faizə yüksələ biləcəyi barədə xəbərdarlıq edib.
Böyük Britaniyada təxminən 5.5 milyon üzvü olan 48 həmkarlar ittifaqını təmsil edən Həmkarlar İttifaqı Konqresi dövlət sektoru işçiləri üçün ədalətli artım və bütün işçilər üçün saatda ən azı 15 funt-sterlinq minimum əməkhaqqı tələb edib. İnflyasiyanın artmasına baxmayaraq, bu ilin mart-may ayları arasında özəl sektorda çalışanların orta əməkhaqqı 7.2 faiz, dövlət sektorunda çalışanların əməkhaqqı isə cəmi 1.5 faiz artırılıb.

Xəbərlər     Tarix: 28 iyul 2022

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler dollar kursu depozit faizleri leobank kart investisiya