Britaniyanın BP şirkəti Azərbaycanda rekord qaz hasilatını gözləyir
Ötən il Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatı nəzərdə tutulduğundan çox olub və hazırda ilin sonunadək yeni rekord səviyyəyə çatmaq üçün işlər aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə BP-nin (Britaniya şirkəti, layihə operatoru) Xəzər və Yaxın Şərq regionunda kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, əməliyyatlar optimallaşdırılır ki, bu da yaranan problemləri mümkün qədər tez həll etməyə imkan verəcək, həmçinin daha dərin horizontların qaz ehtiyatlarının potensialını qiymətləndirmək üçün kəşfiyyat quyusunun qazılması üzrə işlərə başlanılıb.
Əgər fərziyyələr təsdiqlənərsə, o zaman BP hasilatı daha da artırmağa hazır olacaq. Qaz tədarükünü maksimum dərəcədə şaxələndirməyə və Rusiyadan asılılıqdan qurtulmağa çalışan Avropanın qaz bazarında baş verən dəyişiklikləri nəzərə alaraq yeni ehtiyatların kəşfiyyatının aktuallığı artır.
2022-ci ildə "Şahdəniz" yatağından qaz hasilatı 25,2 milyard kubmetr təşkil edib ki, bu da bir il əvvəlkindən 11,5 faiz çoxdur. Bunun 20,8 milyard kubmetri ixrac edilib ki, bu da 18,1 faiz çoxdur.
2027-ci ilə qədər Azərbaycan Avropaya qaz tədarükünü iki dəfə artırmağa hazırdır. Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropa Komissiyasından müvafiq infrastrukturun qurulmasına köməklik göstərməyi xahiş ediblər.

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Birbank xidmətinə necə qoşulmaq olar?
Onlayn biznes növləri
Az pulla hansı işi qurmaq olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Shopify-da necə satışa başlamaq olar?