Bu gün Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür

Bu gün Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar GünüdürMikro, kiçik və orta bizneslər (KOB-lar) bütün dünyada iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun artırılmasına, yoxsulluğun azaldılmasına, innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90%-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70%-ni, ümumi daxili məhsulun 50-60%-ni təmin edir. 
FED.az xəbər verir ki, KOB-ların bu töhfəsi nəzərə alınaraq BMT Baş Assambleyasının qətnaməsinə əsasən 2017-ci ildən etibarən 27 iyun tarixi dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Ölkəmizdə fəaliyyətdə olan sahibkarların 99,7%-ni KOB subyektləri təşkil edir. Azərbaycanda KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər. 
Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən etibarən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafını müxtəlif mexanizm və alətlərlə dəstəkləyir. 
KOB-ların ehtiyac və problemləri daima diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, tədbirlər, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır. 
Milli prioritetlər nəzərə alınaraq, KOB-ların iqtisadiyyatda və məşğulluqda payının artırılması, texnologiya yönümlü, rəqəmsallaşmış və rəqabətədavamlı KOB-ların yaradılmasının dəstəklənməsi, qadın sahibkarlığın və klasterləşmənin, eləcə də ətraf mühitin mühafizəsi və enerjiyə qənaət kimi müasir çağırışlara uyğun olaraq KOB-ların "yaşıl iqtisadiyyat"a keçidinin təşviqi başlıca hədəflər sırasındadır. Qeyd edək ki, COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü ilk qlobal təşəbbüs olan "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" KOB-ların yaşıl transformasiyası üzrə qlobal səylərin birləşdirilməsinə çağırış edir və artıq bu təşəbbüsə 20 yerli və xarici təşkilat qoşulub. Həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində KOB subyektlərinin fəaliyyətinin təşkili və genişləndirilməsi də dövlət tərəfindən dəstəklənir. Dövlətin müxtəlif güzəştləri və təşviq mexanizmlərindən faydalanmaqla Qarabağda KOB subyektlərinin fəaliyyətə başlaması ilə bölgədə yeni işgüzar mühitin formalaşması bu baxımdan diqqətə layiqdir. 
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları" təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Biznes     Tarix: 27 iyun 2025

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin