Bu gün dünya valyuta birjalarında güclü dalğalanmalar ola bilər - Bunu gəlirə çevirə bilərsiniz

Bu gün dünya valyuta birjalarında güclü dalğalanmalar ola bilər - Bunu gəlirə çevirə bilərsiniz(®) Bugün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.  
Qeyd edilən önəmli məlumatlardan yararlanaraq, qiymət dəyişikliklərini gəlirə çevirə bilərsiniz. 
TİCARƏT HESABI AÇIN
ÜMUMİ MƏLUMAT
Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir.
NƏ GÖZLƏNİLİR?
FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da ötən ay ilə müqayisədə həm yeni yaranan işyerlərinin, həm də işsizlik səviyyəsinin artması proqnozlaşdırılır. Belə ki, ötən ay məşğulluğun 12000 nəfər artdığı açıqlanmışdısa, bugün açıqlanacaq göstəricinin 202000 olacağı ehtimal olunur. Qeyri-kənd təsərrüfatında yeni açılacaq işyerlərinin sayının baza həddi hesab edilən 200000-nin üzərindəki mövqeyini qoruya bilməsi ehtimalı ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qarşılana bilər. İşsizlik səviyyəsinin isə əvvəlki ayla müqayisədə artacağı proqnozlaşdırılır. Bu da investorlar tərəfindən ümumilikdə ABŞ iqtisadiyyatı üçün mənfi hal kimi dəyərləndirilə bilər. Qeyd edək ki, oktyabr ayı üçün bu göstərici 4.1% açıqlanmışdı. Noyabr ayında isə işsizlik səviyyəsinin 4.2% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə 0.1% azalaraq 0.4%-dən 0.3%-ə enəcəyi ehtimal olunur. İllik müqayisədə isə orta saatlıq əmək haqlarının 4.0% olaraq dərc olunacağı proqnozlaşdırılır. Qeyd edək ki, ötən ay da illik müqayisədə əmək haqlarındakı artım 4.0% olaraq açıqlanmışdı. Əmək haqlarında artım dinamikasının zəifləməsi, FED-in inflyasiya hədəflərinə çatması üçün monetar siyasətlə bağlı qərarlarına da təsir göstərə bilər. Xatırladaq ki, FED-in sonuncu dəfə noyabr ayının 7-də faiz dərəcələrini 0.25% endirib. Hazırkı iqtisadi reallıqlar nəzərə alınaraq analitiklər FED-in dekabr toplantısında da uçot dərəcələrini azaldacağını proqnozlaşdırırlar.
BİRJALARA TƏSİRİ
Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.
Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 17:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.
Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "InvestAZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
TİCARƏT HESABI AÇIN
"Invest-AZ İnvestisiya Şirkəti" QSC (VÖEN: 1800354501, ) Xətai rayonunu, Fəzail Bayramov küçəsi 28F, InvestAZ Plaza; ; [email protected] Lisenziya : İnvestisiya şirkəti fəaliyyəti. Lisenziya Nömrəsi : 087986 Qeydiyyat Tarixi : 09.01.2016 Lisenziyanı Verən Orqan : İqtisadiyyat Nazirliyi. Lisenziyanın Müddəti : Müddətsiz. / marja.az

Maliyyə     Tarix: 06 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin