Bu gün üç rayonda qaz olmayacaq
Bu gün Ağdam, Masallı və Ağdaş rayonlarının qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Ağdam 4 yol" ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "Alvadı" və "Ağdaş" Qaz Paylayıcı Stansiyalarının (QPS) girişində 200 mm-lik kranların dəyişdirilməsilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. / banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi