Bu il "Şahdəniz" və AÇG üzrə mənfəət vergisi 2 milyard manata yaxın olacaq

Bu il 2025-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarını işlədən neft-qaz şirkətlərindən dövlət büdcəsinə 1,95 milyard manat mənfəət vergisinin daxil olacağı gözlənilir.
AÇG layihəsinin səhmdarlarının 2025-ci ildə Azərbaycanın büdcəsinə neftin orta qiymətinin 70 ABŞ dolları olmaqla 450 milyon manat mənfəət vergisi ödəyəcəyi gözlənilir. Şahdəniz layihəsi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəət vergisi ödənişləri isə 1,5 milyard manat proqnozlaşdırılıb. Bu proqnoz qazın 1000 kubmetri üçün orta qiymətinin 242 ABŞ dolları olmaqla müəyyən edilib.
2024-cü ilin sonuna Şahdəniz və AÇG layihəsi üzrə mənfəət vergisi ödəmələri müvafiq olaraq 1,93 milyard manat və 650 milyon manat olmaqla ümumilikdə 2,58 milyard manat təşkil edib.
Qeyd edək ki, "Azəri", "Çıraq" və "Günəşli" dərinsulu yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü müqaviləsi 1994-cü ildə imzalanıb. Xatırladaq ki, 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə isə 1996-cı ildə imzalanıb.
© APA / marja.az

Maliyyə     Tarix: 14 yanvar 2025

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler valyuta xeberleri rubl mezenne bitkoin emlak xeberleri