Bu ilin ikinci rübündə BTC ilə 347 min ton Qazaxıstan nefti nəql edilib
Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan "Kaztransoil" şirkəti bu ilin ikinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istiqamətində neft tədarükünü 347.1 min tona çatdırıb.
Bu barədə "Kaztransoil" şirkətinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, 2023-cü ilin ikinci rübündə "Kaztransoil" Xəzər dənizin Qazaxıstan sektorun yerləşən "Tengiz" yatağından BTC neft kəməri istiqamətində Aktau limanında ixrac üçün 347.1 min ton neft göndərib".
Bildirilir ki, birinci rübdə isə bu istiqamətdə şirkət "Tengiz"dən ixrac üçün 19.2 min ton neft göndərib.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Tengiz" yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1.5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb. / banker.az
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind