Bu işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulmuş vəsaitin 35,5 faizi istifadə olunub
2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 35,5 faizi və ya 1 milyard 67 milyon manatı istifadə olunmuşdur.
Bu barədə Marja Maliyyə Nazirliyinə istinadən xəbər verir.
İstifadə edilmiş vəsaitin 1 milyard 42,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi məqsədilə Avtomobil yolları Dövlət Agentliyinin, 13 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə "Meliorasiya və Su Təsərüffatı" ASC-nin, 6 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşür.
2023-cü ilin yanvar-mart aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin (2 milyard 650,4 milyon manat) 10,2 faizi və ya 269,2 milyon manatı xərc edilmişdir.
Həmçinin oxu
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandı
/ marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları