"Bu məsələlərin həll olunması Türkiyə iqtisadiyyatı üçün yaxşı perspektivlər vəd edir" - ÖZƏL

Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi ölkənin gələcək taleyi ilə bağlı hansı addımların atılacağı məsələsini gündəmə gətirib.  Beləliklə Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Amma ölkə iqtisadiyyatında müşahidə olunan məzənnə enişləri və inflyasiya insanların gələcəklə bağlı ümidlərini xeyli azaldıb. Bütün bu pessimist fikirlərə rəğmən Ərdoğanın iqtisadi siyasəti sayəsində Türkiyənin mövcud vəziyyətinin dəyişəcəyinə inananların sayı da kifayət qədərdir. Bəs görəsən, Ərdoğanın qələbəsi Türkiyə iqtisadiyyatı üçün nə vəd edir?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli AKP-nin son 21 ildir ki, hakimiyyətdə olduğunu bildirib: "Ona görə də, Ərdoğanın təkrar seçilməsindən qeyri-adi və siyasəti kəskin dəyişdirəcək nələrisə gözləmək mənasızdır. Çünki AKP iqtisadi siyasətinə görə sağçı hökumətdir. Bu baxımdan ənənəvi siyasəti davam etdirəcəklər. Onların platformalarında və elanlarında siyasətlərini kəskin dəyişdirəcək nələrsə əks olunmayıb. Əksinə əvvəl gördükləri işi davam etdirəcəklər. Bu baxımdan Türkiyənin iqtisadi siyasətində fundamental və kəskin dəyişikliklər gözləmək doğru deyil".
Ekspertin sözlərinə görə, seçkinin bitməsi və AKP hökumətinin həm parlamentdə, həm də prezident seçkilərində mandat alması qeyri-müəyyənliyi aradan qaldırıb: "Uzun müddətdir Türkiyədə seçkilərin nəticələrində maraqlı olan qruplar həm infomasiya sahəsində, həm də maliyyə bazarlarında spekulyasiya ilə məşğul idilər. Eyni zamanda insanlar arasında da seçki ilə bağlı bir narahatçılıq vardı. Çünki hökumət investisiya və alış qərarlarını seçkidən sonraya saxlayırdı. Bu baxımdan qeyri-müəyyənliklərin aradan qalxması Türkiyə iqtisadiyyatı üçün müsbət meyllər vəd edir. Digər tərəfdən Türkiyə qaz habına çevrilsə və regionda kommunikasiyalar açılsa, o zaman bu, Türkiyə iqtisadiyyatı üçün yaxşı perspektivlər vəd edəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xəbərlər     Tarix: 30 may 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler telefonla pul qazanmaq bitcoin qiymeti depozit faizleri kripto