Bu ölkə diplomatlarına maaş verə bilmir
Pakistanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları son 3-4 ayda maaş almayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə "Business Recorder" nəşri məlumat yayıb.
Bildirilib ki, Pakistanın Fransa, Almaniya, ABŞ, Oman, İran, Türkiyə və Əfqanıstan da daxil olmaqla bəzi ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları ölkədə valyuta çatışmazlığı səbəbindən əmək haqlarının ödənilməsində gecikmələrlə üzləşiblər.
Qeyd olunub ki, İslam Respublikasının diplomatik nümayəndəlikləri Pakistan Xarici İşlər Nazirliyinə xərclərin ödənilməsi, o cümlədən gündəlik işlərin icrasında ciddi problemlər barədə məlumat veriblər.
Məlumata görə, 2022-ci ilin oktyabr ayından etibarən Pakistan Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma müşahidə olunur. 31 oktyabr 2022-ci il tarixinə Pakistan Mərkəzi Bankının valyuta ehtiyatları 8,75 milyard dollar səviyyəsində olub, dekabrın 2-də isə bu rəqəm 6,71 milyard dollar təşkil edib.
İqbal Rzayev,
KONKRET.az
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd